Boliviya gey cütlüyün məhkəmələrdə tanınma üçün mübarizəsindən sonra tarixdə ilk dəfə eynicinsli birlikləri tanıyır. Reuters xəbər verir ki, 48 yaşlı David Aruquipa və 45 yaşlı Guido Montaño-un iki illik məhkəmə çəkişməsindən sonra onların münasibətləri cümə günü 11 dekabrda Boliviyanın vətəndaş qeydiyyat şöbəsi tərəfindən tanındı.

Boliviyada eynicinsli nikahlar hələ qanuni deyil və ölkənin konstitusiyası nikahın kişi ilə qadın arasında olmasını müəyyənləşdirir. Eyni zamanda da, vətəndaş birliklərinin leqallaşdırılması cəhdləri dəfələrlə dayandırılıb.

Aruquipa və Montaño-nun hüquqi mübarizəsi 2018-ci ildə Boliviyanın vətəndaş qeydiyyatı şöbəsinin (VVAQ) ölkənin eynicinsli nikahlara icazə vermədiyini iddia edərək ittifaqlarını tanımaqdan imtina etməsindən sonra başlamışdı.

Boliviya konstitusiya məhkəməsi iyul ayında vətəndaş qeydiyyatı şöbəsinin onların münasibətlərini sərbəst birlik kimi tanıması barədə qərar verdi. Məhkəmə həm də ölkə konstitusiyasının insan hüquqları və bərabərlik standartlarına uyğun şəkildə şərh edilməsinə qərar verdi.

İnter-Amerika İnsan Hüquqları Məhkəməsi tərəfindən yayımlanan 2017-ci il tarixli rəyə istinad edən konstitusiya məhkəməsi qarşı cinsdən olan cütlüklərin istifadə etdikləri bütün hüquqların eynicinsli cütlüklərə verilməli olduğuna qərar verdi.

Mənbə: PinkNews

Powered by Froala Editor