Çində translar qanunsuz olaraq hormon almaq məcburiyyətində qalırlar


Çində translar ‘qara bazarda’ qanunsuz olaraq hormon almağa məcbur olduqdan sonra həyatları üçün qorxurlar

Çində translar hormonları qanuni yolla əldə etməkdə çətinlik çəkdikləri üçün “qara bazara” üz tuturlar.

Çində transgender olmaq ruhi xəstəlik kimi təsnif edilir və qanuni olaraq hormonal terapiya (HRT) ala bilmədən əvvəl translara diaqnoz qoyulmalıdır.

Rəsmi proses bahalı və stiqmalayıcıdır, əvəzində əksər translar HRT-ni “qara bazardan” - onlayn və ya digər ölkələrdən alırlar.

Şanxayda yaşayan 22 yaşlı bir trans kişi Andy Sky News-a Tailanddan testesteron sifariş etdiyini söyləyib. 

"Çində kanallar gizlidir", - deyə o əlavə edib. “Fitness məqsədli bir testesteron da var, ancaq onun həqiqi və ya saxta olduğuna əmin deyilik.

“Bir çox ‘qardaş’ [trans kişilər] bunları alır, çünki ala bildiklərini alırlar. Ancaq mən yox - mən ölməkdən qorxuram.”

Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) 2019-cu il hesabatına əsasən, Çində transların təhlükəli cərrahiyyə və qara bazar hormonları müalicəsi ilə üzləşdikləri aşkar edilib, çünki onların səhiyyə xidmətinə girmələri “qeyri-mümkündür”.

Amnesty-nin hesabatına əsasən, translara qarşı geniş yayılmış ayrı-seçkilik, genderi təsdiqləyən müalicəyə giriş və sağlamlığa kimin müraciət edə biləcəyi barədə məhdudlaşdırıcı uyğunluq tələbləri barədə ciddi məlumat çatışmazlığı translara qayğı göstərmək üçün üç əsas maneədir.


Mənbə: PinkNews


Powered by Froala Editor