Pakistan: Trans qadını döyən qrup üzvü həbs edilib
Trans qadını döyən və təcavüz edərək işgəncə verən qrup üzvü həbs edilib. Trans qadın göz yaşları içində onlardan dayanmağı xahiş edirdi.
08/Jan/21
1805
Trans qadını döyən qrup üzvü həbs edilib
Trans qadını döyən və təcavüz edərək işgəncə verən qrup üzvü həbs edilib. Trans qadın göz yaşları içində onlardan dayanmağı xahiş edirdi.
Trans qadını vəhşicəsinə döyən, işgəncə verən və təcavüz edən dəstənin üzvü olduğu iddia edilən kişi Pakistanın Chunian polisi tərəfindən tutulub.
Paytaxt Pəncabda Sohana-nın hücumunun heyrətləndirici video görüntüləri sosial medianı lərzəyə saldı. Videoda zərərçəkmişin başıaşağı bağlandığı, tavandan iplə asıldığı, kişilərin onu zorakı şəkildə çubuqla döydüyü göstərilir - eyni zamanda, zərərçəkmişin ağladığı və kişilərdən dayanmağı xahiş etdiyi də eşidilir.
Federal nazirlərin qınağına səbəb olan videonun yayılmasından bir neçə saat sonra yerli hüquq-mühafizə orqanları 24 dekabr cümə axşamı günü dəstənin üzvü olduğu iddia edilən kişini yenidən həbs etdiklərini açıqladı.
Geo News xəbər verir ki, zərərçəkmiş polisin yaylım basqını keçirdiyi zaman dəstə üzvlərini müəyyənləşdirmişdir.
İşgəncəyə məruz qalan trans qadın Pakistanın yüksək səviyyəli polis məmurları tərəfindən ‘ədalətin təmin olunacağına əmin edildi’.
Chunian Şəhər Polis İdarəsinə göndərilən ilk məlumat hesabatına görə, Sonaha ondan iki ay əvvəl bir "toyda" rəqs etməsini istəndiyini izah edib. Lakin o, "toya" gələndə kişilər onu yumruqlayıblar, bağlayıblar və qrup şəklində üç gün təcavüz ediblər.
Federal insan hüquqları naziri Shireen Mazari Twitter-də açıqlayıb ki, polis əvvəlcə işi qeydiyyata aldıqdan sonra kənara atmışdır. Lakin video görüntülər iddia üçün dəlil əsası təqdim etdikdən sonra işi yenidən açdığını söylədi.
O, ofisinin dəhşətli hadisəni nəzərə aldığını təsdiqlədi və bildirdi ki, rayon polis məmuru zərərçəkmişlə 23 dekabr çərşənbə günü görüşüb və ‘onu ədalətin təmin olunacağına əmin edib’.
Powered by Froala Editor