Cənnətdə qadağan olunmuş məhəbbət - Çində nadir uğurlu film


Evsiz uşağı övladlığa götürən gey cütlük haqqında ürəklərə toxunan film Çində nadir görülən LGBTİ+ müvəffəqiyyətinə çevrilir.

Evsiz uşağı övladlığa götürən gey cütlük haqqında olan sadə bir film "Cənnətdə Qadağan olunmuş Məhəbbət" Çində LGBTİ+ rejissorları və kino izləyiciləri üçün ağlasığmaz hitə çevrildi.

Eynicinsli cütlüklərin qəbulunun olduqca ləng inkişaf etdiyi bir ölkədə çinli rejissorlar uzun müddət senzuraya məruz qalmış və hətta LGBTİ+lərin mövcud olduğunu qəbul edə bilməyən səlahiyyətlilər tərəfindən qıcıqlandırılmışdırlar.

Ancaq 19 yaşlı rejissor Ran Yinxiao 2020-ci ilin iyul ayında yerli yayım platformalarında yayımlanan "Cənnətdə Qadağan olunmuş Məhəbbət" filmi ilə film sənayesinə meydan oxumağa çalışdı.

Yinxiao South China Morning Post-a verdiyi açıqlamada bunun "seksual azlıqların ailə qurarkən qarşılaşdıqları çətinlikləri araşdırmağa cəsarətli bir cəhd" olduğunu söylədi.

"Düşünürdüm ki, qan bağları olmayan üç fərqli insan ailə qura bilərsə, deməli, bu, dünyanın ən güclü ailəsi olmalıdır", - o dedi.

Əlbəttə ki,“ədəbsiz, əxlaqsız və sağlam olmayan məzmun” yayımının Milli Radio və Televiziya Administrasiyası tərəfindən qadağan olunduğu media tənzimləyiciləri üçün film yeni bir sınaq təqdim etdi.

Agentliyin qaydaları bir çox film istehsalçısını subtekstdə kuir hekayələri örtməyə və ya filmlərini yayımlamaq üçün kəsməyə və senzurayala verməyə məcbur edir. Yinxiao filminin treylerini yalnız daha “üstüörtülü” olduqdan sonra yayımlamağı bacardığını söylədi.

"Öz-özümə düşünürəm ki, film rejissorları niyə mövcuddur?", - Yinxiao əlavə etdi.

“Kamera obyektivimiz silahımızdır. Dünyanın asanlıqla görünməyən yerlərinə daha çox işıq saçmaq üçün diafraqmanı böyüdürük."



Powered by Froala Editor