Malayziyadan günahsız LGBTİ+ləri daha çox təqib etmək məqsədi daşıyan diabolik plandan imtina etməsi istənilir


Malayziya hökumətindən nazirlər kabinetinin LGBTİ+lərə qarşı cinayət cəzalarını artırmaq təklifindən imtina etməsi istənildi. 

Human Rights Watch (HRW) söyləyib ki, LGBTİ+ malayziyalılara qarşı cinayət cəzalarını gücləndirmə cəhdi baş nazir hökuməti dövründə anti-LGBTİ+ və insan haqlarına qarşı duruşu möhkəmləndirmək üçün atılan son addımdır. 

Dini işlər nazirinin müavini Ahmad Marzuk Shaary Şəriət Məhkəmələri (cinayət yurisdiksiyası) Qanununa (355-ci maddə) dəyişiklik təklif edib, ona əsasən dövlət məhkəmələrinin eynicinsli davranışa görə federal qanunda nəzərdə tutulmuş ən yüksək cəzadan daha sərt cəzalar tətbiq etməsinə imkan verilə bilər.  

355-ci maddə Şəriət məhkəmələri tərəfindən verilə biləcək cəzaları məhdudlaşdırır. Hazırki qanuna əsasən, cəzaya üç illik həbs, 5.000 RM (905 funt) cərimə və 6 şallaq daxildir. 

Bununla birlikdə, Marzuk bu cəzanın "bir qrup insan üzərində çox da təsirli olmadığını" söyləyib. O: “Bütün dövlət dini qurumlarına və tətbiqetmə orqanlarına müvafiq davranmayanlara [LGBTİ+lərə] qarşı tədbir görülməsi tapşırılmışdır”, - deyə bildirib. 

HRW-in LGBTİ+ hüquqları üzrə direktoru Neela Ghoshal Malayziyanın LGBTİ+ləri cinayət məsuliyyətinə cəlb edən əyalət və federal qanunlarının beynəlxalq hüquq ilə “onsuz da heç bir əlaqəsi” olmadığını söyləyib. O, ölkə hökumətinin “insan haqlarına hörmətsizlikdə daha dərinə batdığını” əlavə edib. 


Mənbə: PinkNews



Powered by Froala Editor