Tomasz Rzymkowsk təhsil nazirinin müavini oldu
Eynicinsli nikahı heyvanlarla cinsi əlaqə ilə müqayisə edən polşalı millət vəkili təhsil nazirinin müavini vəzifəsinə yüksəldi.
29/Jan/21
2626
Tomasz Rzymkowsk təhsil nazirinin müavini oldu
Eynicinsli nikahı heyvanlarla cinsi əlaqə ilə müqayisə edən polşalı millət vəkili təhsil nazirinin müavini vəzifəsinə yüksəldi.
Əvvəllər eynicinsli nikahı heyvanlarla cinsi əlaqə ilə müqayisə edən “təhlükəli” polşalı millət vəkili Tomasz Rzymkowski təhsil nazirinin müavini vəzifəsinə gətirildi.
Rzymkowski Polşanın hakim Qanun və Ədalət Partiyasına (PiS) 2019-cu ildə qatılıb, lakin siyasi karyerasına ölkənin sağçı ekstremistləri ilə polis arasında şiddətli qarşıdurmaların yaşandığı 2012-ci il Müstəqillik Günü yürüşündən sonra qurulan ultra-millətçi sağçı Milli Hərəkat partiyasını təmsil etməklə başlayıb.
Milli Hərəkat partiyası ksenofobikdir, antisemitizm nümayiş etdirir və LGBTİ+ hüquqlarına, Qürur yürüşlərinə və inklüziv təhsilə şiddətlə qarşı çıxır, homoseksuallığın “pedofiliya” ilə əlaqəli bir “xəstəlik” olduğunu iddia edir.
2018-ci ildə Milli Hərəkat KORWiN partiyası ilə koalisiya quraraq, birlikdə özlərini Konfederasiya adlandırdılar. 2019 Avropa Parlamenti seçkilərində Konfederasiya liderlərindən biri koalisiyanın nəyi dəstəklədiyi izah etdi: "Yəhudiləri, homoseksualları, abortu, vergiləri və AB-i istəmirik."
34 yaşlı Rzymkowski-nin keçən il iyun ayında eynicinsli nikahı heyvanlarla cinsi əlaqə ilə müqayisə edən cizgi paylaşması qəzəbə səbəb oldu.
O, Polşada prezident seçkiləri ərəfəsində Tvitterdə: “28 iyun tarixində yalnız Polşa Respublikasının prezidentini seçməyəcəyik, eyni zamanda bir sivilizasiya seçimi edəcəyik", - deyə yazıb.
"Evliliyin qadınla kişinin birliyi olduğu Polşanı və 'evliliyin' iki kişinin və ya bir kişi ilə keçinin birliyi olduğu Polşanı seçəkmi?"
Vəzifə yüksəlişindən sonra ölkənin təhsil sistemi üzərində böyük təsirə sahib olacaq Rzymkowski Polşa universitetlərində “gender ideologiyası” adlandırdığı şeyin tədrisinə də güclü zərbə vuracaq.
O, daha əvvəl: “[Homoseksuallıq] həm mənəvi, həm də sosial cəhətdən zərərlidir, çünki mənim fikrimcə, hər şeydən əvvəl günahdır", - demişdi.
"İkincisi, cəmiyyət baxımından faydalı deyil ... dövlət sosial zərərli davranışı maliyyələşdirməməsi bir yana, onu təbliğ etməməlidir."
Mənbə: PinkNews
Powered by Froala Editor