Polşa: Nowa Dęba artıq LGBTİ-dən azad zona deyil

Polşanın LGBT-dən azad zonalarından biri ölkədə biabırçı homofobik ideologiyaya qarşı çıxıb.  

28 yanvar cümə axşamı bələdiyyə məclis üzvlərinin nifrət yayan qanunvericiliyin ləğv edilməsinə dair səs vermələri ilə Polşanın "LGBT-dən azad zonalar" adlandırılan yamaq işlərinin ilk düyünü açıldı.  

Qadın haqları müdafiəçiləri ilə yanaşı, digər müttəfiqlər arasında yer alan LGBTİ+ fəalları ölkədəki abort qadağasına qarşı mübarizə aparmaq üçün Varşava küçələrinə töküldüyü ərəfədə kiçik bir şəhər olduqca simvolik bir qərar verib.

Yerli fəalların söylədikləriə görə, ölkənin cənub-şərqindəki Tarnobrzeg əyalətində təxminən 11000 sakinin yaşadığı Nowa Dęba məclis üzvləri anti-LGBTİ+ qətnaməsinin ləğvinə səs veriblər. 

Bəyannaməni qəbul edən bələdiyyələrin çöl hissəsində lövhələr qoyaraq LGBT-dən azad zonaların yaratdığı bölgüləri vurğulamağa çalışan LGBTİ+ kampaniyası iştirakçısı Bartosz Staszewski “möhtəşəm” xəbəri Twitter-də paylaşıb. 

Notes from Poland-ın yaydığı məlumata əsasən, Nowa Dęba şəhər məclisinin 15 üzvündən 10-u bəyannamənin ləğv edilməsinin lehinə səs verib. Bir məclis üzvü bitərəf qalıb, dörd nəfər iştirak etməyib. 


Mənbə: PinkNews



Powered by Froala Editor