Türkiyədə LGBTİ+ vətəndaşlara qarşı hücumlar artır
Avropanın aparıcı LGBTİ+ hüquq təşkilatı olan ILGA-Avropa son bir həftə ərzində Türkiyə hökumətinin LGBTİ+lərə qarşı sistematik hücumları və böhtanları artırdığını müşahidə edir
09/Feb/21
2291
Türkiyə hökuməti LGBTİ+ vətəndaşlarına qarşı hücumları artırır
Avropanın aparıcı LGBTİ+ hüquq təşkilatı olan ILGA-Avropa son bir həftə ərzində Türkiyə hökumətinin LGBTİ+lərə qarşı sistematik hücumları və böhtanları artırdığını müşahidə edir və bundan narahatdır. İLGA-Avropa prezident Ərdoğanı ayrı-seçkilik etmədən bütün azlıqların ölkə Konstitusiyasında təsbit edilmiş təməl hüquqlarını təmin etməyə çağırır.
Türkiyədə son bir həftə ərzində həm hökumət, həm də hökumət tərəfindən dəstəklənən media LGBTİ+ləri "rüsvayçı", "murdar" və "pozğun" adlandırıb, bu da sosial mediada nifrət nitqinin dalğasını yaranmasına səbəb olmuşdur.
Prezident Rəcəb Tayyib Ərdoğan 1 fevral bazar ertəsi və 3 fevral çərşənbə günü video konfranslar keçirərək LGBTİ+ləri qınamış və tərəfdarlarını tərifləyərək: "Gənclərimizi LGBTİ+ gəncləri kimi deyil, bu ölkənin şərəfli keçmişinin gəncləri kimi gələcəyə aparacağıq", - demişdir.
Fevralın 2-də Ədliyyə və Daxili İşlər Naziri Süleyman Soylu Tvitterdə LGBTİ+ləri “sapqın” adlandırmışdır. Sosial media platforması o vaxtdan bəri tviti “nifrət dolu davranış” kimi qiymətləndirərək qaydaların pozulması kimi qeyd etmişdir.
Bu yeni kampaniya Türkiyədəki yüksək səviyyəli dini və siyasi qurumların nümayəndələri tərəfindən LGBTİ+ icmasına qarşı artan nifrət dolu ifadələri, insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti təşkilatlarına hücum edən hərəkətlər və qanunvericilik kontekstində baş verir.
Məncə: ILGA-Europe
Powered by Froala Editor