“Pandemiyanın Qadın və LGBTİ+lərə Təsiri”

Nəfəs LGBTİ Azərbaycan Alyansı Kuir-Feminist seriyasının son podkast yazısında “Pandemiyanın Qadın və LGBTİ+lərə Təsiri” mövzusunu müzakirə edib. Dördüncü podkast yazımızda qonaqlarımız Nigar və Turana: Qadınlar və LGBTİ+lərin həyatına pandemiya və izolasiyanın təsirindən; pandemiya dövründəki ölkədəki sosial və politik dəyişikliklərdən və bu dəyişikliklərin kuir icmaya təsirlərindən və artan nifrət cinayətlərindən bəhs edib.  

Podkasta linkə daxil olaraq qulaq asa bilərsiniz.

Nəfəs LGBTİ Azərbaycan Alliansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multi-məsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. 2012 – cu ildə yaradılan təşkilatın əsas məqsədi xüsusən LGBTİQ+lərin, qadınların və digər müxtəlif icmaların ayrı – seçkiliyə və təcrid olunmağına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyata fəal inteqrasiyasını təşviq edir.



Powered by Froala Editor