“Gücsüz müqavimət. Qəhrəmanlıq ötəsində fəaliyyət”

In-Visible Film Festivalı çərçivəsində baş tutacaq növbəti mühazirə Eva Majevskanın təqdimatında “Gücsüz müqavimət. Qəhrəmanlıq ötəsində fəaliyyət” haqqında olacaq.
Feminin, queer, və müstəmləkəyə məruz qalmışlar, nəzərini qəhrəmanlıq, maskulinlik, və müstəsnalığa kökləmiş “Qərbin gözü” üçün çox vaxt görünməz olan fəaliyyət və müqavimət ortaya qoyurlar. Evanın təqdimatı uğursuzluq, gücsüzlük, və adiliyi siyasi reallığın dəyərləndirilməyən, məhəl qoyulmayan, və marjinallaşdırılan cəhətləri üçün imkanlar kimi yenidən gözdən keçirir. O son feminist hərəkatlarını, xüsusilə Beynəlxalq Qadınlar Tətili və Polşadakı Qadınlar Tətilini, habelə mərkəz və periferiyaların feminist və queer nəzəriyyələrini müzakirə edəcək.
Dr Ewa Majevska Berlinin Mədəni Araşdırmalar İnstitutu ilə çalışan feminist filosof və aktivistdir. O Varşava Universiteti və Jagiellonian Universitetində dərs deyib, həmçinin Berkli Kalifornia Universiteti, ICI Berlin, və Vyanadakı IWM-də qonaq mühazirəçi olub. O dörd kitabın, həmçinin e-flux, Third Text, Journal of Utopian Studies, və Jacobin kimi jurnallarda dərc olunmuş 50-yə yaxın məqalə və essenin müəllifidir. Onun hazırkı araşdırması Hegel fəlsəfəsi üzrə olub, dialektika və gücsüzlər, feminist tənqidi nəzəriyyəsi, və antifaşist mədəniyyətləri kimi mövzuları diqqət mərkəzinə qoyur. Onun növbəti kitabı, "Ortaqlığın Kontrpublikası. Feminist Siyasət və Günümüzdə Həmrəylik', 2021-ci ildə çap olunacaq. O, Varşavada yaşayır.


Ewa Majevska haqqında əlavə məlumat üçün buraya baş çəkin.
Tarix: 21.02.2021
Vaxt: 19:00-21:00 (Bakı vaxtı ilə)
Format: Onlayn (ZOOM proqramı vasitəsilə)
Qeydiyyatdan keçməyi unutmayın.
Mühazirə İngilis dilində baş tutacaq və sinxron tərcümə ilə müşayiət ediləcək.
Müraciət üçün link.

Powered by Froala Editor