Trans qadın ‘ailə davası’ zamanı bıçaqlanaraq öldürülüb 

Trans qadın Angie Arévalo ‘ailə davası’ zamanı bıçaqlanaraq öldürülüb. Təcavüzçünün 14 yaşı var. 

Yerli KİV xəbər verir ki, trans qadın Kolumbiyada ailə mübahisəsi zamanı 14 yaşlı yeniyetmə tərəfindən bıçaqlanaraq öldürülüb. 

Angie Arévalo 6 fevral şənbə günü ailə qarşıdurmasının şiddətə çevrilməsi zamanı sinəsindən bıçaqlandıqdan sonra vəfat edib. 

35 yaşlı trans qadın həmin gün səhər saat 11 radələrində bıçaqlanıb və cəmi beş saat sonra Santa María klinikasında aldığı xəsarətlərdən vəfat edib. 

O, Sincelejo şəhərindəki El Porvenir'də evində baş verən davadan sonra ölüb. Mübahisənin ailəsinin onu binadan çıxarmaq istəməsi nəticəsində yaranmış mülk mübahisəsi ilə əlaqəli olduğu bildirilir. 

“O, şəhərdəki ilk trans qadın idi, ona görə də icma kədərlidir və ölümünə üzülür.” 

Arévalo'nun ölümü Sucre'də qadınlar üzrə katib Verena Revollo tərəfindən anılıb və onun "ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyi" deyilir.  Verena Revollo LGBTİ+ icmasının haqlarını qorumaq üçün daha çox şey edilməli olduğunu söyləyib. 


Mənbə: PinkNews



Powered by Froala Editor