Olimpiya qızıl medalçısı özünə gey olmamağı öyrədirdi

Olimpiya qızıl medalçısı Matthew Mitcham ‘özünü homoseksuallıqdan çıxartmağa’ çalışıb. 

Təqaüdçü dalğıc və Olimpiya qızıl medalçısı Matthew Mitcham uşaq vaxtı necə özünü "gey olmamağı öyrətməyə" çalışdığını izah edib. 

32 yaşlı Mitcham 2008-ci il Pekin Olimpiadasında kişilərin 10 metrlik platforma yarışında tək dalış üçün rekorda imza ataraq Olimpiya qızıl medalını qazanan ilk açıq gey idmançı oldu. 

Bu an onun “ən qürurlu uğuru” olsa da, avstraliyalı idmançı BBC Sport-a oraya çatmağın çətin olduğunu bildirib.

O, Brisbane-də böyüyüb və mental xəstəliklərlə mübarizə aparan anası ilə birlikdə yaşayıb. Katolik ibtidai məktəbində oxuyarkən burada “oğlanları sevdiyini” anlamağa başlayıb. 

Keçən il partnyoru ilə evlənən Mitcham: “Bundan o qədər qorxurdum ki, əslində, biləyimə bir kauçuk bant bağlayıb və hər dəfə gey fikirlərim olduğu zaman onu qopararaq gey düşüncələrimi ağrı və əzabla əlaqələndirirdim. Özümə gey olmamağı öyrətmək üçün.”, - deyə bildirib.  


Dalğıclıq ona dolabda qalmağın ağrısından qurtulmağa kömək ediv, amma qısa müddətdə əsl nəfsini gizlətdiyinə görə məyus olub. 

O: “Özünəməxsus ola bilməyəcəyimi hiss edirdim. İnsanları aldatdığımı və bu qədər yalan danışdığımı etiraf etmək istəmədim, bununla da özümü yadlaşdırırdım.", - söyləyib.  

Mitcham gənclik illərində ruhi sağlamlıq, özünə zərərvermə və asılılıq ilə mübarizə aparmışdır.


Mənbə: PinkNews



Powered by Froala Editor