Qana nikah bərabərliyini heç vaxt qanuniləşdirməyəcək

Qana prezidenti Nana Akufo-Addo nikah bərabərliyini heç vaxt qanuniləşdirməyəcəyinə söz verdi.

Ölkənin LGBTİ+ vətəndaşlarına münasibəti ilə bağlı beynəlxalq miqyaslı səs-küy ərəfəsində Qana prezidenti dağıdıcı, lakin gözlənilən bir zərbə ilə nikah bərabərliyini  heç vaxt qanuniləşdirməyəcəyinə söz verdi.

Nana Akufo-Addo bir neçə gün davam edən sükutu pozaraq dörd illik prezidentliyi dövründə kuir hüquqlarının yaxın zamanda bir qarış da irəliləməyəcəyini vurğulamağa çalışdı.

Şənbə günü Ashanti bölgəsindəki Asante Mampongda Qananın Anglikan Kilsəsinin ikinci arxiyepiskopluğunun açılışında çıxış edən Akufo-Addo əvvəllər də dəfələrlə söylədiyi sözləri təkrarlayıb.

"Bunu əvvəllər də demişəm, bir daha vurğulamaq istərdim", - Yeni Vətənpərvərlər Partiyasının lideri demişdir. “Nana Addo Dankwa Akufo-Addonun başçılığı altında eynicinsli evlilik qanuni olmayacaq, eynicinsli evlilik Qanada qanuniləşdirilməcək. Bu, mənim prezident olduğum vaxtlarda heç vaxt baş tutmayacaq."




Powered by Froala Editor