“Eşit. Gəlirik!” adlı feminist konsert baş tutacaq

“Fem-Utopia” feminist layihəsinin təşkilatçılığı ilə ölkədə feminist protest musiqilərindən ibarət ilk konsert bu şənbə günü baş tutacaq. “Eşit. Gəlirik!” adlı konsertdə ifa olunacaq mahnıların müəllifləri Fərqanə Abdulla, Aytac Fərəc və Günay Süleymanovadır.

“Fem-Utopia”-nın bildirdiyinə görə, mahnılar gender əsaslı zorakılıq, qadın qətlləri, intihar kimi mövzulara münasibəti və etirazı təcəssüm etdirir. İfaçılar qeyd edir ki, məqsəd bütün qadınlara mübarizə üçün motivasiya vermək və mənəvi dəstək olmaqdır. Fərqanə Abdullanın sözlərinə görə, feminist mübarizə səhnələrdə də davam etməlidir.

“Fem-Utopia”-nın həmtəsisçilərindən olan Gülnara Mehdiyeva “Minority Azerbaijan”-a bildirib ki, konsertdə həmçinin kvir insanların mübarizəsinə həsr olunmuş “Göy qurşağı” adlı mahnı da yer alır. 

“Eşit. Gəlirik” adlı konsert 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunur və 6 mart, şənbə günü saat 19.00-da “Fem-Utopia” YouTube kanalının səhifəsində canlı yayımlanacaq.

Foto @sanifarix

Foto @sanifarix

Foto @sanifarix

Foto @sanifarix

Powered by Froala Editor