Macarıstan pro-LGBTİ+ reklam yayımlayan televiziya kanalına qarşı dəhşətli basqına başladı 

Macarıstanın televiziya gözətçisi pro-LGBTİ+ reklam yayımladığı üçün televiziya şəbəkəsinə qarşı hüquqi hücuma başlayıb.

Milli Media və İnfokommunikasiyalar İdarəsinə görə, reklam "uşaqlar üçün uyğun" deyil, çünki orada ölkənin sərt media qanunları ilə ziddiyyət təşkil edən eynicinsli ailələrin yer alıb, Euractiv bildirib.

Radio Televiziya Lüksemburq (RTL) kanallarında ilk dəfə yayımlanan reklam milli LGBTİ+ hüquq müdafiəsi qrupu Háttér Társaság tərəfindən rəhbərlik edilən milli kampaniyanın bir hissəsi idi.


Reklamda tərbiyəçilərdən tutmuş, həkimlərə, terapevtlərə qədər kuir ailələr haqqında mifləri yalanlayan müxtəlif LGBTİ+lər və mütəxəssislər iştirak edirdi.

İndi Macarıstan yayım tənzimləyiciləri bu reklamı kanallarında yayımladıqları üçün RTL-ni hədəf götürüb. 

Bununla, tənzimləyicilər RTL-in “evlilik və ailə dəyərləri institutuna hörmət göstərməsini” tələb edən mübahisəli media qanununa qarşı çıxdığını söyləyib.


Mənbə: PinkNews



Powered by Froala Editor