"Ay bəri bax, bəri bax" və "Qadın səsi" performansları
Bakıda Gender Hub Azerbaijan və ADO’nun birgə əməkdaşlığı çərçivəsində kolleborativ publik performanslar nümayiş olunub
07/Mar/21
2199
Bakıda Gender Hub Azerbaijan və ADO’nun birgə əməkdaşlığı çərçivəsində kollaborativ publik performans nümayiş olunub
Dünən 6 martda Bakıda qadınlara dəstək məqsədilə Gender Hub Azerbaijan və ADO’nun birgə əməkdaşlığı çərçivəsində kollaborativ publik performans nümayiş olunub.
"Ay bəri bax, bəri bax" və "Qadın səsi" kollaborativ publik performansları qadınların ictimai və şəxsi həyat fəaliyyətləri arasında görünməyən mövcud təcrübə və travmaları ənənəvi konstruksiyalarla ehtiva edib.
Təşkilatçıların verdikləri məlumata görə, “performanslar müxtəlif patriarxiya və məişət mediumlarını küçəyə çıxararaq, qadınların cəmiyyətdəki kimliklərini ictimailəşdirib”.
"Ay bəri bax, bəri bax" və "Qadın səsi" kollaborativ publik performansları Bakının mərkəzi küçələrindən birində nümayiş olunub və performansların videoçəkilişi baş tutub. ADO teatrının məlumatında deyilir ki, videoçarxlar yaxın günlərdə yayımlanacaq.
“Ay bəri bax, bəri bax” performansının rejissoru ADO teatrının aktrisası İskra Tarrant, “Qadın səsi” performansının rejissoru isə Elsa Furtadodur,” - deyə ADO teatrının məlumatında qeyd edilib.
ADO - Azərbaycan Dağınıq Oda teatrı 2013-cü ildə Elmin Bədəlov tərəfindən təsis edilib.
GHA - Gender Hub Azərbaycan qadın və qızlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə ictimai məsələləri işıqlandırmaqla bərabərlik yaratmaq üçün birgə iş platformasıdır.
Powered by Froala Editor