Y-PEER: psixo-sosial konsultasiya xidməti
Y-PEER Azərbaycandan psixo-sosial konsultasiya xidməti
15/Mar/21
2703
Y-PEER Azərbaycandan psixo-sosial konsultasiya xidməti
Artıq bir müddətdir ki, Y-PEER Azərbaycan psixo-sosial konsultasiya xidmətləri göstərir. Psixo- sosial dəstəyə ehtiyac duyan hər kəs müraciət linkinə daxil olaraq xidmətdən yararlana bilər.
Y-PEER Azərbaycanın verdiyi məlumata görə, müraciət edənlərin məxfiliyi tam qorunur.
Xidmət “Gender-əsaslı bacarıqların artırılması və səlahiyələndirmə proqramı çərvivəsində LGBTQİ+lara yönəlmiş sosial konsultasiya gender və cinsi orientasiya kimliyi ətrafında və digər sosial, psixi, hüquqi çətinliklər, cinsi və reproduktiv sağlamlıqla əlaqədar suallara və narahatlıqlara cavab olaraq yaradılmışdır,” - deyə Y-PEER Azərbaycan bildirir.
“Xidmət sosial konsultasiyanı və ehtiyaclara uyğun olaraq digər keyfiyyətli və güvənilən tibbi, hüquqi, psixoloji və sosial dəstəklərə yönləndirilməni təşkil edir.” Y-PEER Azərbaycanın təklif etdiyi xidmət və konsultasiyalar iki sosial işçi tərəfindən pulsuz olaraq həyata keçirilir.
Formu doldurduqdan bir həftə ərzində Y-PEER-in sosial işçiləri sizinlə əlaqə saxlayacaq və ilk görüşə dəvət edəcəklər. Bu görüşdən sonra siz üzərində çalışmaq istədiyiniz məsələyə uyğun olan xidmətlərə yönləndiriləcəksiniz və ya növbəti görüşünüz üçün qərar veriləcək.
Y-PEER Azərbaycan, Azərbaycanda daha sağlam, təhlükəsiz və ədalətli bir cəmiyyət qurmaq üçün hər cür şiddət və ayrıseçkiliyə qarşı mübarizə, qadın və kuir hüquqlarını, cinsi sağlamlıq və azadlıqları təşviq etmək üçün gənclərin həmrəyliyini qurmağı hədəfləyir.
Powered by Froala Editor