In - visible film festivalı proqramı

In - visible film festivalı dünyanın görünməz hekayələrinə daha geniş çıxış təmin edilməsinə və sənət dünyasında müxtəlifliyin təşviqinə mərkəzlənmiş, film nümayişlərindən, təlim və müzakirələrdən, sənətçi söhbətlərindən, performanslardan, sərgilərdən, və icma naharlarından ibarət geniş proqramdır. 

In - visible film festivalının builki mövzusu “HƏMRƏYLİK”dir. Filmləri In - visible film festivalının vebsəhifəsindən 20 marta qədər izləmək mümkündür.

In - visible film festivalı səhnəni gender mövzularına ayırıb. Festival gender müzakirəsi üçün illik platforma yaratmaq və izləyicilərə gender problemləri haqqında məlumatlanmaq üçün əlavə fürsətlər yaratmağı, görünməz olanı GÖRÜNÜR etməyi hədəfləyib. 

Tədris proqramı çərçivəsində In - visible film festivalı film sənayesi və incəsənət dünyasında şəbəkələşmə üçün  təhlükəsiz, inklüziv, və çeşidli məkanlar yaratmaq üçün strategiyalar axtarmağı nəzərdə tutub.

Salaam Cinema-nın verdiyi məlumata görə, “builki festivalın mövzusu ilə biz həmrəyliyin icmalarımız üçün nə ifadə edə biləcəyini, xəbərdar olduğumuz dünya təcrübələrini, və dayanıqlı yanaşmalar yaratmaq üçün necə birləşə biləcəyimizi araşdırmağı hədəfləyirik.” 

Təşkilatçıların məlumatına görə, Covid-19 pandemiyası səbəbi ilə festivalın ikinci buraxılışı ənənəvi formatda deyil, il boyu daha uzun dövrü əhatələyən şəkildə baş tutacaq və yerli sənətçilərin vəziyyətinin yaxşılaşdırılması və yaradılan kontentin inkişafına yönələn tədris proqramını ehtiva edəcəkdir. 

Festival ABŞ Səfirliyi, Kanadanın Yerli Təşəbbüslər Fondu və Tbilisi Untitled Qalereyasının əməkdaşlığı ilə Salaam Cinema tərəfindən təşkil olunub.

Salaam Cinema audio-vizual və performans sənət növləri üçün yaradıcı icma məkanı olub, bərabərlik və inkluzivliyə həsr edilmiş və müxtəlifliyi vurğulayan filmlərdən ibarət geniş nümayiş proqramı təklif edir.



Powered by Froala Editor