Türkiyə 'homoseksuallığı normallaşdırdığı' üçün İstanbul Konvensiyasından çıxıb 

Türkiyə 20 mart şənbə günü gecə yarısı qadınlara qarşı zorakılığa qarşı mübarizə məqsədi daşıyan əlamətdar İstanbul Konvensiyasından “homoseksuallığı normallaşdırdığı” üçün çıxıb. 

Müqavilə on il əvvəl İstanbulda məişət zorakılığının qarşısının alınması, təqib olunması və aradan qaldırılması üçün beynəlxalq səylərin bir hissəsi kimi imzalanıb.

BBC-nin verdiyi xəbərə görə, Türkiyənin sağçı rəhbərliyi ilə Qərbin qalan hissəsi arasında daim genişlənən uçurum əsnasında prezident Rəcəb Ərdoğan sürpriz icraat qaydası ilə müqaviləni tamamilə tərk edib.

Bu, Türkiyədə qadınlara qarşı zorakılıq hadisələrində illərdir davam edən artımdan sarsılmış vəkil qruplarını çaşqın vəziyyətə gətirən ani bir hərəkət olub. Nəticədə, şənbə günü minlərlə adam küçələrə çıxaraq etiraz edib.

Dövlət təqdimat agentliyi olan Rabitə Nazirliyi bu hərəkətin (red: konvensiyadan çıxmağın) edilməli olduğunu vurğulamağa çalışıb.

Bazar günü edilən bəyanatda deyildiyi kimi, müqavilə “homoseksuallığı normallaşdırdığı” üçün ailə dəyərləri ilə toqquşub.

“Əvvəlcə İstanbul Konvensiyası qadın hüquqlarının gücləndirilməsini təşviq etməyi hədəfləsə də, Türkiyədə homoseksuallığı normallaşdırmağa çalışan və ailə dəyərləri ilə bir araya sığmayan bir kəsim tərəfindən manipulyasiya edilmişdir,” - bəyanatda deyilib.

“Türkiyənin müqavilədən çəkilmə qərarı da  bu səbəblərə əsaslanır.”

Bu, bir vaxtlar nümayiş olunan nifrətin normaya çevrilməsinə icazə vermiş Türkiyə liderlərinin LGBTİ+lərə qarşı artan düşmənçiliyinin son nümunəsidir. 


Mənbə: PinkNews



Powered by Froala Editor