Türkiyədə homofobik nifrət hücumu
Homofobik nifrət hücumu: Həm hücum edib, həm də şəkilləri İnstaqramda yerləşdirib
25/Mar/21
2740
Homofobik nifrət hücumu: Həm hücum edib, həm də şəkilləri İnstaqramda yerləşdirib
"Fırat Delikanlı" adını istifadə edən bir şəxs "pozğun gey" deyərək bir nəfərə hücum edib və zərərçəkənin şəkillərini İnstaqramda yerləşdirib.
İnstaqramında "Fırat Delikanlı" adını istifadə edən bir kişi homoseksual şəxsə hücum edib və şəkilləri İnstaqram hesabında yayımlayıb.
Fırat Delikanlı tərəfindən yayımlanan görüntüdə "İl Aydın" (red: Türkiyədə region) ifadəsi yer alıb. DHA-nın verdiyi xəbərə görə, hücum İzmitdə baş verib. Görüntüdə Fırat Delikanlının qan içində olan bir insanı saçlarından tutması yer alıb. Fırat Delikanlı adını istifadə edən şəxsin Fırat Kaya olduğu məlum olub.
Görüntülər sosial mediada geniş yayılandan sonra #FıratDelikanlıTutuklansın kampaniyası başladılıb. Digər tərəfdən, bir çox insan təcavüzkarın İnstaqram hesabında da homofobik nifrət hücumuna reaksiya göstərməyə başlayıb.
Demirören Haber Ajansı (DHA) təcavüzkarın adının Fırat K. olduğunu, tutula bilməyəcəyini və yaralama, təhdid, qəsb, fırıldaqçılıq və cinsi istismar kimi cinayətlərdən 30 qeydinin olduğunu yazıb. DHA zərərçəkmişin polisə verdiyi ifadə ilə də baş verənləri çatdırıb. İfadəyə görə, təcavüzkarlar bir nəfərdən çox olub və hücum etdikdən sonra onu yaralı vəziyyətdə avtovağzala atıblar.
Mənbə: KaosGL
Powered by Froala Editor