Özbəkistan LGBTİ+ hüquqları haqqında danışmağın cinayət hesab edilməsi üçün qanun layihəsini nəzərdən keçirir

Özbəkistanda prezidentin onlayn tənqid edilməsini qadağan edən yeni qanunun qəbul edilməsindən sonra gey seksinin leqallaşdırılması haqqında açıq şəkildə danışmaq qanunsuz ola bilər.

31 mart çərşənbə günü Özbəkistanın prezidenti Şavkat Mirziyoyev ölkənin Cinayət Məcəlləsinə prezidentin ünvanına onlayn, media və ya şəxslər tərəfindən “təhqir və böhtan” atılmasını qadağan edən dəyişiklikləri imzalayıb. Qanunvericilikdə nəyin “təhqir” kimi qiymətləndirildiyi göstərilməyib.

Ölkədə hal-hazırda cinayət məcəlləsinə bir çox dəyişiklik layihəsi nəzərdən keçirildiyi üçün yeni qanun nələrin baş verdiyinin göstəricisi ola bilər. 

Özbəkistan hazırda mövcud cinayət məcəlləsinin 120-ci maddəsi ilə razılığa əsasən eyni cinsdən olanlar arasında seksual davranışı qadağan edir və pozuntular üç ilə qədər həbs cəzası ilə cəzalandırıla bilər.

Yeni qanun layihəsi qadağanı qoruyacaq, lakin gey seksinin “ailəyə, uşaqlara və əxlaqa qarşı” bir cinayət olduğunu da əlavə edəcək.

Hal hazırda nəzərdən keçirilən qanunlara əsasən, eynicinsli cinsi əlaqələrin qadağan edilməsini tənqid etmək belə qanunsuz ola bilər.


Mənbə: PinkNews



Powered by Froala Editor