Ailəsi şiddətlə öldürülmüş və məktəb yaxınlığına atılmış gey kişinin cəsədini qan izinin sayəsində tapıb 

Cənubi Afrikada icma bıçaqlanaraq öldürülən və məktəb yaxınlığındakı xəndəyə atılan gey kişinin vəhşicəsinə öldürülməsinə görə ədalət tələb edib.

Keçən həftə Durban-ın İnanda şəhərində şühbəli homofobik nifrət cinayəti zamanı 34 yaşlı Sphamandla Khoza bıçaqlanıb, döyülüb və boğazı kəsilib. Ailsə onun evinin ön qapısından cəsədinin uzandığı xəndəyə qədər qan izini izlədiyini bildirib.

Khoza açıq homoseksual idi və hər dəfə evdən çıxanda təhdidlərlə qarşılaşdığı deyilir; son dəfə seksuallığına görə şifahi təcavüzə məruz qaldığı bildirilib. 

"Bu sarsıdıcıdır," - deyə əmisi oğlu Ndumiso Daluxolo Ngidi 2 aprel cümə günü News24-ə bildirib. “Açıq gey idi. Hamı onun homoseksual olduğunu bilirdi. Partnyoru var idi.”

"Cinayəti açıq gey kimi yaşamağı idi," - deyə Facebook-da davam edib. “Bəli, Spha öldü, çünki kimsə onun seksuallığına o qədər nifrət edirdi ki, həyatını bitirməyə qərar verdi.”

“Spha uşaq ikən həyatla dolu idi. Yoluxucu gülüşü və təsadüfi rəqs hərəkətləri ilə diqqət çəkirdi. Həmişə hamımızı çətin vəziyyətə salmağı bacarırdı, çünki böyüklərin getməməyimiz lazım olduğu yerə getməyə cəsarət edirdi. Sözün hər mənasında, sürünün lideri idi.”

Vəhşicəsinə qətl Durban-dan olan tanınmış LGBTİ+ aktivisti, keçən il günün günortasında bıçaqlanaraq öldürülən Lindo Cele-nin qatilinin təqsirkar bilinməsindən bir gün sonra baş verib.

Khozanın ölümünün hücumla əlaqəli yeni xatirələri yaşatması ilə birlikdə, Cənubi Afrika LGBTİ+ləri kədər və şoklarını #SphamandlaÜçünƏdalət (#JusticeForSphamandla) heşteqi vasitəsilə onlayn paylaşıblar.


Mənbə: PinkNews



Powered by Froala Editor