Bilal Hassani ötən gün "Son mənzil Eurovision" yarışmasını Roi (Kral) mahnısı ilə qazandı və Fransanı Tel Əvivdə keçiriləcək Eurovision 2019 yarışmasında təmsil etmək hüququ əldə etdi. Bilal finalda 7 ifaçı ilə yarışırdı.

Destination Eurovision (Son mənzil Eurovision) Fransanın milli seçimləridir və 2 yarım finaldan sonra nəhayət bizi final həyacanı ilə sevindirdi. Yarışmanın əsas favoriti Bilal Hassani həm yarımfinalın, həm də finalın qalibi oldu. Onun ifa etdiyi Roi (Kral) mahnısının digər bəstəkarı isə keçən il Fransanı yarışmada təmsil etmiş Madame Monsieur qrupunun üzvləridir.


Bilal kimdir? 

Bilal 1999-cu ildə Parisdə Mərakeşli bir ailədə dünyaya gəlib. O, Youtube videoları ilə məşhurlaşan müğənni və bəstəkardır. Bilal müğənniliyə 5 yaşında başlayıb və əsasən ailə məclislərində ifa edirmiş. Sonradan isə vokal dərsləri almağa başlayır. O, 2015-ci ildə Fransanın The Voice Kids yarışmasında Eurovision qalibi olmuş  Conchita Wurst-un  Rise Like a Phoenix mahnısını ifa edib Patrick Fiori-in komandasına qoşulur. Xatırladaq ki, Patrick də öz növbəsində  Fransanı 1993-cü ildə Eurovision yarışmasında təmsil edib.


Bilalın ifa etdiyi mahnı isə əsasən özünü qəbullanma ilə bağlıdır. Bilal sosial şəbəkələrdə tez-tez homofobiya, transfobiya ilə qarşılaşır və bu təhqirlərə cavab olaraq "Siz istədiz mən sizin kimi olum, ama siz məni dəyişə bilməzsiniz" deyərək bir mesaj göndərmiş olur.