Araşdırma: İrqçilik və kuirfobiyanın təsiri
İrqçi, kuirfobik ştatlarda yaşayan qaradərili kuir kişilərin sağlamlığına dağıdıcı təsirlər var, araşdırma təsdiqləyib
11/Apr/21
2686
İrqçi, kuirfobik ştatlarda yaşayan qaradərili kuir kişilərin sağlamlığına dağıdıcı təsirlər var, araşdırma təsdiqləyib
İrqçi və anti-LGBİ+ siyasətlərin ləğvi qaradərili kuir kişilərin sağlamlığının yaxşılaşdırılması üçün vacibdir, yeni araşdırmalar sübut edib.
American Journal of Preventive Medicine-də yayımlanan araşdırmada ABŞ daxilində 1379 qaradərili və 5537 ağdərili kuir kişidən sorğu nümunələri götürülüb və onların psixoloji və davranış sağlamlıqları haqqında məlumat verilib.
Nəticələr qaradərili kişilər üzərində struktur basqısı ilə daha yüksək narahatlıq və yüksək alkoqol qəbulu, eyni zamanda, daha aşağı İİV testləri vermə arasında açıq bir əlaqə olduğunu göstərib.
"Nəticələrimiz irqçi və anti-LGBTQ siyasətlərini və onların qaradərili gey, biseksual və kuir kişilər üçün tətbiqinin qarışıq təsirlərini işıqlandırır," - deyə Rutgers Xalq Sağlamlığı Məktəbinin dosenti, müəllif Devin English bildirib.
"Mental və fiziki sağlamlığı yaxşılaşdırmaq və insan haqlarını dəstəkləmək üçün bu əzici siyasətlər dəyişdirilməlidir."
Tədqiqat həbs səviyyələrində, təhsil nəaliyyətlərində, iqtisadi göstəricilərdə, məşğulluq səviyyəsində və yaşayış bölgüsündə dövlət səviyyəsində qara-ağ bərabərsizliklərini qiymətləndirən indeks üzərində struktural irqçiliyi ölçüb.
Anti-LGBT+ siyasəti İnsan Haqları Kampaniyası Ştat Bərabərlik İndeksi (Human Rights Campaign State Equality Index) vasitəsilə ölçülüb, bu indeks qanunların LGBT+ icmasına təsiri, o cümlədən, nifrət cinayətlərinə icazə, konversiya terapiyası və mənzil və məşğulluq sahəsində ayrı-seçkiliklər üzrə hər bir ştatı qiymətləndirir.
İstər irqçilik, istərsə də anti-LGBTİ+ə qarşı qısnamanın yüksək olduğu ştatlarda yaşayan qaradərili kuir kişilərin özlərini başqaları üçün bir yük kimi görmə ehtimalı daha aşağı səviyyəli struktural qısnamaya sahib olan ştatlardan daha yüksək olub.
Bunun təsiri daha yüksək narahatlıq, çox içmək və HİV testlərində aşağı göstəricilər də daxil olmaqla, kasad davranış və psixoloji sağlamlıqda əks olunub.
Maraqlıdır ki, tədqiqat ağdərili kuir kişilərdə struktural qısnama və mənfi sağlamlıq nəticələri arasında heç bir əlaqə tapmayıb və bu, qaradərili LGBTİ+ kişilərin bu problemlərdən nisbətsiz dərəcədə təsirləndiyini qəti şəkildə sübut edib.
"LGBTQ əleyhinə siyasətlərin ağdərililər deyil, qaradərili seksual azlıqlara mənsub kişilər arasındakı mənfi psixoloji və davranış sağlamlığı nəticələri ilə əlaqəli olması bu qısnamanın qaradərili seksual azlıq icmalarına qeyri-mütənasib şəkildə təsir etdiyini göstərir." - English deyib.
"Qaradərili seksual azlıqlara mənsub kişilərə struktural qısnamanın mənfi sağlamlıq təsirləri ilə effektiv mübarizə aparmaq üçün klinika işçiləri, tədqiqatçılar və siyasətçilər bu kişiləri şəxslərarası və institusional ayrı-seçkilikdən qoruyan Bərabərlik Qanunu kimi qısnama əleyhinə qanunların qəbul edilməsini müdafiə etməlidirlər."
Mənbə: PinkNews
Powered by Froala Editor