Ukraynada homoseksuallar qan donoru ola biləcək
“Homoseksual münasibətlər” ifadəsi donorluğa əks göstərişlər siyahısından çıxarılıb.
16/Apr/21
4893
Ukraynada homoseksuallar qan donoru ola biləcək
“Homoseksual münasibətlər” ifadəsi donorluğa əks göstərişlər siyahısından çıxarılıb.
İndi homoseksuallar rəsmi şəkildə qan donoru ola biləcəklər.
Qan donorluğu üçün əks göstərişlərin siyahısından homoseksual münasibətlər bəndi yığışdırılıb. Onlar siyahıda riskli davranış formalarına bərabər tutulurdu.
Bu haqda “ZMINA” təşkilatı “Naş Mir” LGBT hüquq müdafiəsi mərkəzinin eksperti Andrey Kravçuka istinadən xəbər verib.
Onun sözlərinə görə, indi donorluğa əks göstərişlər arasında “homoseksual münasibətlər” ifadəsi yer almır. Hazırda orada “qanla ötürülməsi mümkün olan ciddi infeksion xəstəliklərə gətirib çıxara bilən riskli seksual davranışlı şəxslər” ifadəsi yer tutur.
Əmrin mətni hələ ki, Ukrayna Səhiyyə Nazirliyinin saytında dərc olunmayıb, lakin onu “Liqa. Qanun” saytında tapmaq olar.
Qeyd edək ki, 2020-ci ilin may-sentyabr aylarında Ukraynada məktəb mühitinin milli araşdırması aparılıb. Tədqiqatçılar müəyyən edib ki, LGBTQ yeniyetmələrin 80%-i özlərini məktəbdə təhlükəsiz hiss etmir.
Mənbə: Nash Kiev
Powered by Froala Editor