Bişkekdə homofoblar gender zorakılığı əleyhinə mitinqi dağıdıb

Qırğızıstanın paytaxtında 200 nəfər QHT və LGBTQ əleyhdarı qadınlara qarşı zorakılıq əleyhinə aksiyanın iştirakçılarını zorla dağılışmağa məcbur edib.

Bişkekdə qeyri-hökumət təşkilatlarının və LGBTQ icmasının əleyhinə olan mitinqin 200 iştirakçısı başqa bir mitinqi — qadınlara qarşı zorakılıq əleyhinə aksiyanı dağıdıblar. Вu haqda “Mediazona” nəşriyyatının müxbiri xəbər verib. 

Jurnalistin verdiyi məlumata görə, zorakılıq əleyhinə mitinqin iştirakçıları DİN binasının qarşısında toplaşdığı zaman aqressiyaya köklənmiş kişilərdən ibarət dəstə onlara yaxınlaşıb. Mütəşəkkilləşmiş seksistlər və homofoblar gender əsaslı zorakılıq əleyhinə mitinqin iştirakçılarını sıxışdırmağa başlayıblar, eyni zamanda Daxili İşlər Nazirliyinin binası qarşısında prezidentdən QHT haqqında qanunu sərtləşdirməyi tələb ediblər. Onlar feministləri və LGBTQ-ləri “satanist” adlandırıblar.

Aprelin 15-i Bişkekdə planlaşdırılan bu mitinq qadınlara qarşı zorakılıq əleyhinə ikinci mitinq idi. Birinci etiraz aksiyası oğurlanan və milisin iki gündən çox axtardığı Ayzada Kanatbekova üçün aprelin 8-i baş tutmuşdu. 500-dən çox mitinq iştirakçısı Daxili işlər naziri Ulan Niyazbəyovun və Bişkek Baş Daxili İşlər İdarəsinin rəisi Bakıt Matmusayevin istefasını tələb edirdi. 


Ayzada Kanatbekova aprelin 5-i Bişkekdə zorla evləndirilmə üçün oğurlanmışdı. Müşahidə kameraları oğurluq hadisəsini və avtomobilin nömrələrini çəksə də, milis qızın axtarışları ilə iki gündən çox məşğul olub. 7 apreldə isə qız şəhərdən kənarda ölü tapılıb. Yerli çoban içərisində cəsədlər olan avtomobili aşkar edərək milisə zəng vurub. Avtomobildə həmçinin qızın oğurlanması və qətlində şübhəli bilinən şəxsin də cəsədi olub. Güc strukturlarının versiyasına görə, şübhəli şəxs və qurban arasında münaqişə yaranıb və kişi qadını boğub, daha sonra isə özünü doğrayaraq öldürüb. Qızın qətlindən sonrakı iki gün ərzində milis onun oğurlanmasında şübhəli bilinən dörd nəfəri həbs edib. 

Mənbə: Mediazona

Powered by Froala Editor