Katoliklər eynicinsli birliklərə xeyir-dua mərasimi təşkil edib
Katolik liderlər Vatikana etiraz olaraq eynicinsli birliklərə kütləvi xeyir-dua mərasimi təşkil edib
17/Apr/21
1842
Katolik liderlər Vatikana etiraz olaraq eynicinsli birliklərə kütləvi xeyir-dua mərasimi təşkil edib
Almaniyadakı Katolik liderləri Vatikanın qadağasına açıq şəkildə meydan oxuyaraq eynicinsli cütlüklərə kütləvi xeyir-dua təşkil ediblər.
Keçən ay İnam Doktrini üzrə Camaat (Congregation for the Doctrine of Faith) Katolik kilsələrin eynicinsli birliklərə xeyir-dua verə biləcəyi sualına cavab olaraq Tanrının “günaha xeyir vermədiyini” təkid edib.
Qadağaya cavab olaraq, LGBTİ+ katoliklər və müttəfiqləri məyus olduqlarını və qəzəbləndiklərini dilə gətirib. Səbəb isə çoxunun Papa Francisin Katolik kilsəsini daha mütərəqqi bir istiqamətə aparacağına ümid etməsi olub.
Almaniyada Katolik liderlər qrupu eynicinsli birliklərin kütləvi xeyir-dualarını 10 may tarixinə təyin edib. Crux xəbər portalının verdiyi məlumata görə, onlar bu hadisəni "Sevgi qazanır, sevənlərə xeyir-dua xidməti" adlandırıb.
Xeyir-dua tədbiri ölkə ərazində hər yerdə baş tutacaq. Qrup veb saytında: “Sevgi qazanır. Sevgi bir nemətdir. Bir-birini sevən insanlar xeyir-dua alırlar. 10 may 2021-ci il tarixində sizi Almaniyanın müxtəlif yerlərində xeyir-dua xidmətinə dəvət edirik. Heç kimi çıxdaş etmək istəmirik. İnsanların fərqli həyat planlarının və sevgi hekayələrinin müxtəlifliyini qeyd edirik və Allahdan xeyir-dua diləyirik. Heç bir gizlilik olmadan. Səhifədə baş tutacaq xidmətləri tapa bilərsiniz və xidmət üçün qeydiyyatdan keçərək bizə xeyir-dua göndərə bilərsiniz." - deyə yazıb.
Mənbə: PinkNews
Powered by Froala Editor