Femkulis səhifəsi haker hücumuna məruz qalıb
Femkulis səhifəsi iki dəfə haker hücumuna məruz qalaraq silinib
27/Apr/21
2302
Femkulis səhifəsi iki dəfə haker hücumuna məruz qalaraq silinib
Mütəmadi şəkildə feminizm və LGBTQIA+ məzmunlu kontent dərc edən Femkulis platforması ilk dəfə aprelin 23-ü haker hücumu ilə üzləşib. Səhifənin idarəçilərindən biri olan Sənay Yağmurun sözlərinə görə, həmin gün onun və digər idarəçi Əli Məlikovun feysbuk hesablarını bir neçə dəfə qırmağa cəhd göstəriblər. Ardınca Sənay Yağmurun hesabından giriş edilib, səhifədə İlqar Abbasov adlı şəxs admin təyin edilib və platformanın feysbuk hesabı tamamilə silinib.
Bu hadisədən sonra idarəçilər səhifəni tam bərpa edə bilməsələr də, geri qaytarmağa nail olublar. Lakin hadisədən iki gün sonra, aprelin 26-sgecə saatlarında təkrar müdaxilə ilə səhifə yenidən silinib.
Sənay Yağmur bu hücumun təsadüfi olmadığı deyir:
“Profilimdə təhlükəsizlik üçün lazım olan tədbirlərə riayət edilmişdi və sıravi biri tərəfindən bunları qırmaq elə də asan olmaz. Eyni zamanda tələbə hüquqları ilə bağlı paylaşımlar edən "Tələbi Tələbi" səhifəsi ilə "Femkulis" eyni gündə “hack” edilib. Elə bunun özü də hücumların hər hansı bir qrup yox, qurum tərəfindən həyata keçirildiyini işarətdir.
Qeyd edim ki, səhifədəki postların bir çoxunda biz baş verən qadın qətllərinin, LGBTİQA+ fobiyanın, qadınların üzləşdiyi zorakılıq və ayrı-seçkiliyin kökündə aparılan siyasətin rolu olduğunu vurğulayır, hakimiyyəti tənqid edirik. Bu isə dövlətin bəzi qurumlarını narahatlıq verə bilər. Sırf bu səbəbdən səhifəni iki dəfə “hack” edib bütün postları silmiş ola bilərlər.”
Powered by Froala Editor