İstedadlı sənətçi və ‘xeyirxah ruh’ vəhşicəsinə qətlə yetirilib
İstedadlı LGBTİ+ sənətçisi və kabin heyət üzvü Aubrey Boshoga həftə sonu vəhşicəsinə öldürülüb və cəsədi Cənubi Afrikadakı evinin qarşısında tapılıb
01/Jun/21
2424
İstedadlı sənətçi və ‘xeyirxah ruh’ vəhşicəsinə qətlə yetirilib
İstedadlı LGBTİ+ sənətçisi və kabin heyət üzvü Aubrey Boshoga həftə sonu vəhşicəsinə öldürülüb və cəsədi Cənubi Afrikadakı evinin qarşısında tapılıb.
Eyewitness News (EWN) Boshoga-nın cəsədinin Cənubi Afrikanın Yohannesburq şəhərində Rəsədxana bölgəsindəki evinin qarşısında tapıldığını bildirib. EWN-in məlumatına görə, 38 yaşlı Boshoga həftə sonu evinə düşürülmədən əvvəl dəfələrlə bıçaqlanıb.
Boshoga'nın bacısı Josephine onun ölümünü 31 may bazar ertəsi günü EWN-ə təsdiqləyib. O, "səhər erkən saatlarda" çəkilən CCTV - kamera görüntülərində "qardaşının cansız bədəninin ağ maşın"dan evinin qarşısına atıldığının göründüyünü bildirib.
"Beləliklə, gecə yarısı, erkən saatlarda öldüyünü düşünürəm", - deyib. "Və insanlar cənazəsini səhər saat 6-da [şənbə günü səhər] görüblər."
Cənubi Afrika Hava Yolları (SAA) da News24-ə verdiyi açıqlamada Boshoga'nın ölümünü təsdiqləyib. SAA sözçüsü Vimla Maistry bazar ertəsi günü Boshoga'nın ölümü ilə əlaqədar hava yolları şirkətinin məlumatlandırıldığını bildirib və Boshoga'nın " SAA'nın kabin heyət üzvü kimi xidmət edən həvəsli bir işçi" olduğunu söyləyib.
Polis Aubrey Boshoga-nın ölümü ilə bağlı News24-ə heç bir məlumat verə bilməyib.
LGBTİ+ fəalları və Boshoga'nın dostları onu icmada çox sevilən bir adam kimi xatırlayıblar. Psixoloq və yazıçı Suntosh Pillay Twitter-də Boshoga-nın ölümünü qınayıb. Cənubi Afrikadakı LGBTİ+ icmasının “amansız nifrət və zorakılıqla qarşılaşmağa davam etdiyini” söyləyib.
Mənbə: PinkNews
Powered by Froala Editor