Bakıda trans qadına hücum olub
8 iyun gecə saatlarında Bakıda trans qadına hücum olub
09/Jun/21
4333
Bakıda trans qadına hücum olub
8 iyun gecə saatlarında Bakıda trans qadına hücum olub. Trans seks işçisi Çinarlı hotelin otağında müştərisi tərəfindən döyülüb. Zərərçəkən şəxs və onun rəfiqəsi polisə şikayət etməklə yanaşı, Respublika xəstəxanasına müraciət ediblər. Onların sözlərinə görə, həkimlər zərərçəkəni qəbul etməkdən imtina edib və Sabunçu xəstəxanasına yönəldiblər. Eyni hal Sabunçu xəstəxanasında da yaşanıb.
Zərərçəkənin Minority Azerbaijan-a bildirdiyinə görə, qeydiyyat otağının həkimləri onlara istehza ilə gülüblər və qəbul etməkdən imtina ediblər.
Ardınca zərərçəkən şəxs təcili tibbi yardım maşını ilə Neyrocərrahiyyə xəstəxanasına aparılıb və KT müayinəsi edilib. Daha sonra trans qadın yenidən Sabunçu xəstəxanasına qaytarılıb. Lakin Təcili Tibbi Yardımın həkimi əvvəlcə onu tibbi yardım maşınına mindirməkdən imtina edib, ondan iyrəndiyini bildirib və polisdən onu bölməyə aparmağı tələb edib.
Sabunçu xəstəxanasında zərərçəkənin orda qalması üçün ehtiyac olmadığı deyilib və o, evə göndərilib.
Hazırda ona hücum edən şəxsin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Həmin şəxs Vüqar Əliyevdir.
Qeyd edək ki, ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.
Powered by Froala Editor