Nəfəs LGBT Azərbaycan Alyansı müxtəlif dövlət qurumlarına sorğu yollayıb. Təşkilat bu haqda aşağıdakıları bildirir:

"BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) 1 yanvar 2016-cı il tarixdə rəsmi şəkildə qüvvəyə minib.


Birlәşmiş Millәtlәr Tәşkilatına üzv ölkәlәr, o cümlәdәn Azәrbaycan “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacların ön plana çәkilmәsi, yoxsulluğun bütün formalarına son qoyulması, bərabərsizliklərə qarşı mübarizə aparılması üçün razılığa gәliblәr.

"Heç kәsi kәnarda qoymamaq" prinsipi dövlәtlәrin milli vә qlobal inkişaf təşəbbüslərindә, sosial, iqtisadi vә hüquqi siyasәtlәrindә dəfələrlə unudulan vә bununla da kәnarda qalan lesbiyan, gey, biseksual, transgender vә interseks vətəndaşlar üçün xüsusi әhәmiyyәt, mәna daşıyır. LGBTİ vətəndaşlara qarşı müxtәlif növ ayrı-seçkilik davamlı hala çevrilәn şiddət mühiti yaradır vә bu da onların - bizlәrin həyatın bütün sahələrində digәr vәtәndaşların sahib olduğu imkanlardan mәhrum olmağımıza sәbәb olur.  

Әgәr qlobal öhdәliklәr açıq-aydın bütün insanlar üçün bərabərsizliyi aradan qaldırılması mәqsәdini danşıyırsa, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi tarixən cinsi oriyentasiya, gender kimliyi vә cinsi xüsusiyyətlər sәbәbindәn inkişaf siyasətlәri və dövlәt proqramlarının faydalarından kənarda qalmış insanların, bizlәrin səslərini nəzərə almalıdır. 

Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni məqsədlər fonunda Azərbaycan Respublikasının “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq razılaşmaya qoşulması çox əlamətdar bir addımdır. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 oktyabr tarixli 1066 nömrəli fərmanı mövcuddur vә hәr bu şuranın üzvü olan hәr bir nazirlik Dayanıqlı İnkişaf Proqramının hәyata keçirilmәsi üçün öhdәliklәr daşıyır. Biz dә bu sәrәncamı rәhbәr tutaraq, şuraya üzv olan dövlәt qurumlarına onların öz siyasәtlәrindә, hәyata keçirdiklәri dövlәt proqramlarında LGBTİ vәtәndaşların ehtiyaclarını nәzәrә alıb – almadıqlarını müәyyәnlәşdirmәk üçün informasiya sorğuları göndәrmişik. Qeyd olunan sorğular Әdliyyә Nazirliyi, Tәhsil Nazirliyi, Sәhiyyә Nazirliyi, Gәnclәr vә İdman Nazirliyi, Ailә, Qadın vә Uşaq Problemlәri üzrә Dövlәt Komitәsinә ünvanlanıb. Bizdә olan mәlumata görә, rәsmi sorğular artıq müvafiq nazirliklәrә çatıb."