Homofobik xuliqanların qonşuları terrorizə etməsindən sonra qəsəbə meydan oxuyaraq, yüzlərlə Qürur bayrağı dalğalandırıb

Niderlandda yerli icma LGBTİ+ Qürur bayrağının xuliqanlar tərəfindən çıxarılaraq yandırılmasından sonra nifrətə qarşı toplanıb.

Keçən ay Haarlemdə Leidsebuurt qonşuluğunun sakinləri yerli icma mərkəzi olan Badhuis Leidsebuurtda və Geel-Wit futbol klubunda Qürur bayrağı dalğalandırıb. 

Lakin yerli xəbər qaynağı olan NH-in verdiyi məlumata əsasən, bir neçə gün içində hər iki bayraq cırılıb və biri isə yandırılıb. Yandırılan bayrağın qalıqları ibtidai məktəbin yanında daşlı küçədə tapılıb. 

Personal bayraqları dəyişdirsə də, altı həftədən sonra yenidən bayraqları cırılıb. 

Badhuis-də işləyən Mara van Limbeek "hamımız çox təəccübləndik," deyib. "Bura hər kəsin xoş qarşılandığı çox tolerant bir qonşuluqdur və bunu nümayiş etdirmək istəyirik."

Bölgəni sürətlə ürək ağrısı bürüyüb və yerli sakinlər LGBTİ+ hüquqlarının qəsbkarlar tərəfindən boğulmasına icazə verməkdən imtina ediblər, mübarizə aparıblar - 29 mayda həmrəylik göstərərək qəsəbənin ətrafında 300-dən çox Qürur bayrağı və broşur yayıblar. 

"Hər dəfə bayraq çıxarıldıqda, onun əvəzinə qonşuluqda on yeni bayraq asacağımıza qərar verdik," - deyə van Limbeek NH-ə bildirib. 

Daha sonra əlavə edib: “Leidsebuurt hər kəsin istədiyi kimi ola biləcəyi bir qonşuluqdur. Bu yaxınlarda bir nəfər bir qonşuluqda heç vaxt özünü belə xoş hiss etmədiyini söylədi. Hamımızın burada yaydığı şey budursa, o zaman əladır."



Powered by Froala Editor