Hökumət Tbilisi Qürur yürüşünün təxirə salınmasını istəyib

Gürcüstan hökumət təmsilçisi İrakli Kobaxidze Tbilisi Qürur yürüşünün təxirə salınmasına çağırış edib.

Tbilisi Qürur yürüşünün təşkilatçıları “hökumətdən öz öhdəliklərini yerinə yetirməsini və BÜTÜN vətəndaşların özünüifadə və sərbəst toplaşma azadlıqlarına sahib olmasını təmin etməsini” tələb edib. 

1-5 iyul tarixlərində baş tutacaq Qürur yürüşünün təşkilatçıları bəyanat yayaraq “Hökumət (red. Qürur) həftənin təxirə salınmasını istəmək əvəzinə, LGBTİ+ icması üçün təhlükəsiz bir mühit təmin etməlidir,” - deyə bildiriblər.

Təşkilatçılar hakim Gürcüstan Xəyalı partiyasının sədri İrakli Kobaxidzenin Qürur həftəsini təxirə salınması çağırışının bütün cəmiyyət üçün bir presedent olduğunu söyləyib və bu çağırışı “hökumətin vətəndaşların konstitusion hüquqlarını ancaq seçici kimi  və siyasi maraqlarına görə qoruduğu” bir bəyan kimi qiymətləndirib. 

Qey edək ki, Tbilisi Qürur Yürüşü 2021 1-5 iyul tarixlərində, Queer Fest və Ləyaqət Marşının daxil olacağı tədbirlərdən ibarət olacaq.


Powered by Froala Editor