Hindistan: translar üçün COVİD-19 vaksin kampaniyası
Translar ümidsiz şəkildə ehtiyacı duyulan COVİD-19 vaksin kampaniyasından sonra sevinclərini bölüşüb: "Özümü insan hiss etdim"
21/Jun/21
1842
Translar ümidsiz şəkildə ehtiyacı duyulan COVİD-19 vaksin kampaniyasından sonra sevinclərini bölüşüb: "Özümü insan hiss etdim"
Hindistanda uğurlu peyvənd kampaniyasının bir hissəsi olaraq COVİD-19 virusuna qarşı bir gündə ən azı 70 trans vaksinlənib.
Hindistanda translar adətən sosial təhlükəsizlik şəbəkələrindən kənarlaşdırılır və pandemiya da istisna deyildi.
Mumbayın Mahim vilayətində yerləşən SL Raheja Hospitalında həyata keçirilən vaksin kampaniyası bu həssas qrupun üzvlərinə çatmaq cəhdi idi.
Trans aktivist Laxmi Narayan Tripathi News18-ə verdiyi açıqlamada: "Bir çox transda immunitet çatışmazlığı var və virusa yoluxmaqla daha böyük risk altındadırlar", - deyə söyləyib.
Hindistanda translar əksər hallarda şəxsiyyət vəsiqəsinə sahib deyillər və ya yanlış genderi göstərən sənədləri var, bu da onları ictimai sağlamlıq proqramının bir hissəsi olaraq vaksin almaqdan kənarlaşdıra bilir.
Hindistanda translar gender disforiyası diaqnozuna ehtiyac olmadan onlayn portal vasitəsilə düzgün genderi göstərən vəsiqələrini ala bilərlər, lakin aktivistlər əksər transların kompüterə çıxışının olmadığı reallığına diqqət ayırıb.
Vaksinlənmənin qarşısında başqa bir əngəl də tibb işçiləri tərəfindən pis rəftar görəcəklərindən qorxan translardır.
Powered by Froala Editor