Sadəcə Et platforması cinsi sağlamlıq paketini təqdim edib

Sadəcə Et platforması cinsi sağlamlıq bələdçisi, prezervativ və lubrikantdan ibarət cinsi sağlamlıq paketi təqdim edib. 

Paketi əldə etmək tamamilə PULSUZDUR və onu əldə edənlərinin anonimliyi QORUNUR. Bunun üçün platformanın Feysbuk səhifəsində mesajlar bölməsindən yazmaq kifayətdir. 

Platforma bildirir ki, bu təşəbbüs cinsi yolla yayılan xəstəliklərin qarşısını almaq üçün həyata keçirilir.



Powered by Froala Editor