AB liderləri Macarıstana təhdid göndərib
AB liderləri qəddar anti-LGBTİ+ qanunları səbəbilə Macarıstana örtülü təhdid göndərib
24/Jun/21
1628
AB liderləri qəddar anti-LGBTİ+ qanunları səbəbilə Macarıstana örtülü təhdid göndərib
AB zirvə görüşü bu həftə 24-25 iyunda başlayarkən 17 AB ölkəsinin liderləri Macarıstanda yeni və qorxunc anti-LGBTİ+ qanununu mühakimə edən məktub imzalayıblar.
Viktor Orbanın iqtidar partiyası Fidesz keçən həftə Macarıstanda LGBTİ+ məsələlərinin məktəblərdə və mediada "təbliğatını" qadağan edən yeni bir qanun qəbul edib.
Macarıstan haqqında açıq şəkildə bəhs edilməyən, lakin "fundamental hüquqlara və xüsusilə də, seksual oriyentasiya əsaslı ayrı-seçkilik edilməməsi prinsipinə yönəlik təhdidlər fonunda" yazıldığı qeyd edilən məktubda liderlər "LGBTİ+ icmasına ayrı-seçkiliyə qarşı mübarizəyə davam etmə" sözü verib.
Onlar 28 iyun beynəlxalq LGBTİ+ Qürur Gününün "hər bir vətəndaşımızın seksual oriyentasiya və gender kimliyi də daxil olmaqla şəxsiyyətinin maneəsiz inkişafına bağlı, müxtəlif və tolerant cəmiyyyətlər olduğumuzu xatırladacaq bir gün" olacağını söyləyiblər.
Məktub Avropa Kommissiyası prezidentləri, Portuqaliya Konsul sərdliyi və Avropa Şurasına ünvanlanıb və Alexander De Croo (Belçika), Mette Frederiksen (Danimarka), Angela Merkel (Almaniya), Kaja Kallas (Estoniya), Micheál Martin (İrlandiya), Kyriakos Mitsotakis (Yunanıstan), Pedro Sánchez (İspaniya), Emmanuel Macron (Fransa), Mario Draghi (İtaliya), Nicos Anastasiades (Kipr), Krišjānis Kariņš (Latviya), Xavier Bettel (Lüksemburq), Robert Abela (Malta), Mark Rutte (Niderland), Sanna Marin (Finlandiya), Stefan Löfven (İsveç) and Sebastian Kurz (Avstriya) tərəfindən imzalanıb.
Powered by Froala Editor