Polşa Təhsil Naziri Macarıstanın qəddar anti-LGBTİ+ qanunlarını bütünlüklə kopyalamak istəyib 

Macarıstanın anti-LGBTİ+ qanunvericiliyi Polşada qorxulu bir presedent yarada bilər, çünki Polşa Təhsil Naziri ölkəsini qanunları "bütünlüklə" kopyalamağa çağırıb. 

Polşalı nazir Przemyslaw Czarnek sağçı Sieci qazetinə 28 iyunda verdiyi türkürpədici müsahibədə məktəblərdə fərqli gender kimlikləri və seksual oriyentasiyaların təsviri və ya müzakirəsinə yönəlmiş geniş miqyasda pislənən Macarıstan qadağasını tərifləyib. 

Macarıstan hökuməti tərəfindən bu ayın əvvəlində qəbul edilən geniş miqyaslı qanunvericilik reklamlarda və ya mediada 18-dən kiçik yaşlılar tərəfindən görülə biləcək hər cürə LGBTİ+ təmsilini də qadağan edib. 

Czarnek: "Bu qanun seksuallıq məsələlərinə toxunan məktəb dərslərinin gender dəyişdirməyi və ya homoseksuallığı dəstəkləməməsinin lazım olduğunu qeyd edir," - deyib. "Bu tənzimlənmələri Polşa torpaqlarında tamamilə kopyalamalıyıq."

Ölkələrin ifrat sağçı siyasətləri onları proqressiv AB qonşularından təcrid etməyə davam edərkən, onun sözləri Polşanın Macarıstan ilə getdikcə daha yaxın bir şəkildə uyumlu olduğunun başqa bir nümunəsi olub.  



Powered by Froala Editor