Loki genderflüid və biseksualdır

Marvel Kinematoqrafik Kainatının (Marvel Cinematic Universe) qəhrəmanı olan Hiylə tanrısı Loki biseksual olduğunu deyib. 

Marvel Studiyasının Disney+ striminq servisi üçün istehsal etdiyi Loki miniserialının 3-cü seriyası LGBTQ+ icmasının diqqətindən yayınmayıb. 

Hiylə Tanrısının öz alternativ versiyası olan Silviya ilə qatardakı söhbətində maraqlı dialoq baş tutub. Silviya Lokidən həyatında nə vaxtsa şahzadə qızların və ya oğlanların olub-olmadığını soruşub. Loki isə isə cavabında hər ikisinin olduğunu deyib. 

3-cü seriyanın yayımlanmasından bir neçə saat sonra serialın rejissoru Keyt Herron Lokinin biseksuallığını təsdiqləyən tvit yazıb. 

Daha bir maraqlı fakt isə serialın tizerində üzə çıxıb. Lokinin Zaman Təhrifləri İdarəsindəki (Times Variance Authority) şəxsi işində cinsiyyət xanasında "flüid" sözünü görmək mümkün olub. 

Rejissor Keyt Herron İnsider portalına müsahibəsində bu məqamı da təsdiq edərək deyib ki, Loki Skandinav mifologiyasında da, komikslərdə də hər zaman genderflüid olub və bunu kanona çevirməyin zamanı idi. 

Loki personajını canlandıran aktyor Tom Hidllston da İnverse portalına müsahibəsində Lokinin genderini hələ 10 il əvvəl ilk dəfə bu rola çəkildiyi zamandan bəri bildiyini deyib. 

Powered by Froala Editor