Gender İkiliyi (Gender Binary) Nədir?

Təyin edilmiş kişi və qadın arasındakı opponentlik genderi nizamlamağın təbii yolu kimi görülə bilər, çünki, əksəriyyətimizin birlikdə böyüdüyü sistem budur. Doğuşda oğlan və ya qız olaraq sinifləndirilirik, dolayısıyla bu, geyim tərzlərini, məişətdəki rolları, məktəbdənkənar fəaliyyətləri və qəbul edilən genderimizə uyğun görülən sosial ehtiyacları diqtə edir. Bu ayrılma gender ikiliyinə, mahiyyətcə fərqli olan yalnız iki genderin mövcud olduğu fikrinə əsaslanır.

Bu sistemin necə təbii görünməsinə baxmayaraq, əslində nisbətən yeni bir icaddır. 18-ci əsrin Maarifçilik dövründən öncə avropalılar, qadın və kişini fundamental olaraq eyni, lakin kişiləri qadınlarla müqayisədə daha üstün insan tipi olaraq görürdülər. Bu erkən gender dinamikaları modelində bu gün gördüyümüz diskret qadın və kişi ayrılması yox idi. Qadınlar əsasən kişilərin aşağı dərəcəli versiyası hesab olunurdu; onların reproduktiv və seksual orqanları eyni hissələrdən ibarət idi, ancaq tam olaraq inkişaf etməmişdi.

Maarifçiliyin hamı üçün bərabərlik idealı daha papulyar olduqca bu nəzəriyyə aydınlanmağa başladı. Bunu kişilərin qadınlar üzərində hakimiyyəti əldə saxlamağa davam etmək arzusu ilə uzlaşdırmaq üçün, qadınların kişilərdən mütləq şəkildə ayrı, fərqli bir insan tipi olaraq görülməsi zəruri idi. Perspektivdəki bu dəyişiklik gender ikililiyinin yaradılmasının təməli idi və iki cins nəzəriyyəsinin mənimsənilməsinə gətirib çıxardı.

18 və 19-cu əsrlərdə, artan sənayeləşmə və qadın və kişilər tərəfindən yerinə yetirilən iş növləri arasındakı artan bölünmə səbəbilə ayrı kürələr ideologiyası geniş yayılmağa başladı. Bu ideologiya kişilərin "ictimai" (public) sferanı işğal etməsini, qadınların isə "şəxsi" (private) sferaya endirilməli olduğunu diqtə edirdi. Bu, kişilərin daha yaxşı liderlər, qadınların isə ev işləri üçün ən uyğun olduğu ideyası kimi hazırda tanış olduğumuz bir çox gender rolları və stereotiplərini möhkəmləndirdi.

Gender ikiliyinin hər bir tərəfi üzvlərinin uyğunlaşmağa təşviq edildiyi öz stereotip və gözləntilərini daşıyır. Qəbul edilə bilən xarakteristikaları, maraqları, görünüşü, həyat ambisiyalarını, kimi sevəcəyimizi, nə geyinəcəyimizi və nələrdən zövq ala biləcəyimizi diqtə edir. Kişilərin ambisiyalı, güclü və emosiyasız, qadınların isə həssas və qayğıkeş, həmçinin öz ailələri üçün narahat olmalı olduğuna inanılır. Kişilər riyaziyyatda, qadınlar isə yemək bişirməkdə yaxşıdır. Kişilər kostyum, qadınlar isə don geyinir. Siyahı beləcə davam edir.

Əgər bir şəxs genderinə əsasən diqtə edilən rollardan kənara çıxmağa cəsarət edərsə, cəzalandırılır. Qadınlar səlahiyyət istifadə etməyə və kişilər üçün daha qəbuledilən liderlik keyfiyyətləri nümayiş etdirməyə çalışdıqları zaman "bossy" və ya "kobud" olaraq görüldükləri bildirilir. Kişilər həssaslıqlarına və öz hissləri haqqında danışdıqlarına görə lağa qoyulur. Qadınlar makiyaj istifadə etmədikdə və ənənəvi olaraq feminin görünmədikdə iş yerində vəzifələrinin artırılma ehtimalı daha aşağıdır, kişilər isə feminin hesab olunan geyimlər geyindikdə və ya hər kansı makiyaj istifadə etdikdə ciddi qərəzlə üzləşirlər. Bu sistem onları siyasətdə və ya iş qüvvəsində liderlik üçün uyğun olmayanlar kimi rəsm edərək, feminin olaraq qəbul edilənləri tabe etmək üçün patriarxatla birlikdə çalışır. Qadınları evdarlıq və uşaq böyütmək kimi yetərincə qiymətləndirilməyən və ödənişsiz əmək üçün daha uyğun görür.

Təyin edilmiş genderdən fərqli və ya ikili sistemə daxil olmayan bir genderlə identifikasiya kimi gender ikiliyini rədd etmək isə insanları sosial sanksiyalara məruz qoyur. Qeyri-binar və translar ailələri tərəfindən təcrid edilmiş və qeyri-mütənasib fiziki, verbal və seksual zorakılıqla üzləşmişdir, hansı ki, bu, onların mental sağlamlığına neqativ təsir edə  və daha çox narkotik maddə aludəçiliyi və ya intihar cəhdləri ehtimalına yol aça bilər. Adətən, dünya haqqında təsəvvürlərimizə uyğun olmayanları rədd və təcrid etməyə yönəldiyimiz kimi, ənənəvi gender təsəvvürlərimizə uyğun gəlməyən şəxslər də bizə görə problem təşkil edir, ona görə ki, biz onları necə sinifləndirəcəyimizdən əmin deyilik. 

Bir çox qeyri-Avro-Amerikan mədəniyyətlərindəki gender sistemləri bu eyni ikiliyi izləmir. Bir çox cəmiyyətlər binarlığımızın hər iki tərəfinə uyğun xüsusiyyətlərə eyni anda sahib olmağa və ya qarşı genderə uyğun olaraq görə biləcəyimiz xüsusiyyətlərin mənimsənilməsisnə imkan verir. Meksikada muxe, Myanmarda acault feminin geyimlər geyən və təyin edilmiş qadın sosial rollarını öhdəsinə götürə bilən kişilərdir. İndoneziyanın Bugi xalqı təyin edilmiş qadın və ya kişini deyil, androgen bir gender olan bissu da daxil olmaqla beş genderi qəbul edir. Bu həmçinin, Qərb dünyasının hazırda izlədiyi sistemin nə dəyişdirilməsi qeyri-mümkün olan, nə də təbii olaraq meydana gələn bir şey olmadığını sübut edir. Bu, sosial bir konstruksiyadır və genderin sinifləndirilmə forması məkan və zamana görə fərqlilik göstərir. Bundan əlavə, binar (ikili) sistemin universallığının səbəbi qismən, işğal etdiyi ölkələrdəki alternativ gender sistemlərini tamamilə məhv edən Avropa müstəmləkəçiliyidir.

Lakin gender ikiliyinin həyatlarımız üzərindəki qaçılmaz görünən təsirinə rəğmən tarix boyu olduğu kimi dominant gender anlayışı dəyişə bilər. Genderin sosial bir konstruksiya olduğu ideyasını inkişaf etdirən aktivistlərin loyal çalışmaları səbəbindən, bu alternativ yanaşma getdikcə daha geniş vüsət alır/meynstrim halına gəlir. İnsanlar məhdudlaşdırıcı bir sinifləndirmə sistemini izləmək yerinə, öz hislərimiz və meyllərimizə əsaslananaraq kim olduğumuzu seçməyimizə imkan verən yeni tərif və kateqoriyalar yaradırlar. Gender ikiliyinin dekonstruksiyası, dekolonizasiya olunmuş bir zehniyyətə çatmaq və koloniallaşdırılmış ölkələrə və xalqlara zorla tətbiq edilən sosial idealları rədd etmək üçün bir vasitə olaraq xidmət edə bilər. İnsanları iş yerləri və ailəvi əlaqələrdə ciddi şəkildə təyin olunmuş məhdudlaşdıran norma və gözləntiləri sərbəstləşdirə bilər. Gender sistemimiz inkişaf edir və gender ikiliyinin keçmişdə qalmış bir şey olduğu bir gün gələ bilər.

Tərcümə: Raven

Mənbə: femmagazine.com

Powered by Froala Editor