Magical Pride (Sehrli Qürur) veb-saytına istinadən, Disneylend öz qonaqlarını “Disneyin tilsimini Qürur Parıltısı ilə kəşf etmək”lə qarşılayacaqdır. Hər il minlərlə LGBTQ turisti qeyri-rəsmi “Gey Günlərini” qeyd etmək üçün Disney mövzulu parkalara axın edir. İzdihamla müşayiət olunan bu illik bayramlar tam şəkildə qeyri-rəsmi idi və onları müstəqil tərəflər təşkil edirdi.


Artan LGBTQ maraqlarını və daha çox pul qazanma imkanlarını müşahidə edən Disney, nəhayət LGBTQ tədbirini təsdiq etdi. “Sehrli Qürur” adlanan bu tədbir 2019-cu ilin iyun ayının 1-də Paris Disneylendində başlayacaq. 

“Greatdays Holidays”in direktoru Endi Bierd “Gay Star News”a verdiyi müsahibədə:

“Böyük Britaniyanın aparıcı turoperatorlarından biri və bu sahədə 30 ildən çox təcrübəsi olan “Greatdays Travel Group” səyahətdə daha çox seçim təklif etmək üçün hər zaman yenilikçi yollar axtarır.  Son illər LGBT səyahətlərinə istiqamətli tələbat əhəmiyyətli dərəcədə artıb. Bu bazarla birlikdə böyük bir qürur və icma duyğusu gəlir və bu dəyərlər indi Sehrli Qürur (Magical Pride) kimi tanınan tədbirin yaranmasına təsir edib.” - deyə qeyd etmişdir.

“Son bir neçə ildə tədbirin necə böyüyüb inkişaf etdiyini izləmək bizi heyrətləndirir. Disney kimi ikonik bir təşkilat üçün hazırda Sehrli Qürura dəstək olmaq və ev sahibliyi etmək möhtəşəmdir.”

Rəngarəng tədbirin özündə canlı musiqi performanslarını, DJ-ləri, foto imkanlarını və daha artığını birləşdirən rəsmi bir “Sehrli Müxtəliflik Yürüşü” olacağı bildirilib. 

Şirkətin rəsmi LGBTQ Qürur bayramına ev sahibliyi etməsi qərarı ilk Disney Gey Günlərindən 28 il sonra verildi. 1991-ci ildə mərkəzi Floridadan 3000-dən çox LGBTQ qonaq ilk Gay Days (Gey Günləri) tədbiri üçün Disney Dünya mövzulu parkı ziyarət etmişdi. 

Mənbə: Gayety