Cisseksizm nədir?

Gey nikahların leqallaşması, Caitlyn Jenner və Laverne Cox kimi ulduzların görünürlüyü və Şimali Karolina hamam otağı qanun layihəsi (Qanun dövlət qurumlarında fərdlərin (dövlət tərəfindən fəaliyyətinə nəzarət göstərilən məktəblərin şagirdləri kimi) yalnız doğum sənədlərində göstərilən cinsə uyğun tualet və dəyişdirmə otaqlarından istifadə edə biləcəyini bildirir.) fiaskosu sonunda trans məsələlərini meynstrim şüura gətirdi. Təəccüblü olmayan bir şəkildə, bu hadisələr hansı insanların açıq fikirli və empatik və hansıların əhatəsində olmağı dözülməz vəziyyətə gətirəcək qədər sərt, geridəqalmış düşüncələrə sahib olduğunu ortaya çıxaran produktiv və heç də prodiktiv olmayan söhbətləri ortaya çıxardı. Ancaq sosial baxımdan şüurlu olan bir çox insan gördüklərində bariz transfobiyanı bilsə də, cisseksizmi meydana gətirən münasibət və davranışlar daha analizi çətin və yayğındır, aradan qaldırılması fərqindəlik tələb edir.

Cisseksizm doğuşda fərdin genital orqanlarına əsasən təyin edilən yalnız iki genderin olduğu inancının şüurlu və ya şüursuz şəkildə möhkəmləndirilməsidir. Bu inanc cisgenderlərə imtiyaz verilməsinə və trans, qeyri-binar və intersekslərin haqsız rəftara məruz qalması və ya nəzarətdə saxlanılmasına səbəb olur.

Əksər dövlətlər binar sosial struktura sahib olduğu üçün valideynlərin körpənin genital orqanlarını müəyyən edən bir ultrasona sahib olduğu halda, uşaqlar bəlkə də onların beyninə doğulmadan öncə yerləşdirilmiş cisseksizmə sahib ola bilər. Uşaqlar doğulduğu andan etibarən öncədən müəyyən edilmiş gender kimliklərinə uyğunlaşmaları üçün sosiallaşdırılır; "oğlanlar"a yanğınsöndürən maşınlar kimi "maskulin", "qızlar"a isə gəlinciklər kimi "feminin" oyuncaqlar alınır. Bu sosiallaşdırma yeniyetməlik dövrünə və sonrasına kimi davam edir, cisgenderləri "sərrast şəkildə" cəmiyyət nizamına görə çeşidləyərkən, sistem üçün müvəffəqiyyətsiz olan şəxslər - təyin edilmiş genderi daxili gender təcrübələri ilə uyğunlaşmayan insanlar - lağa qoyulur, görməzdən gəlinir və ya emosional və fiziki olaraq zorakılığa məruz qalır. Transların, cisgenderlər kimi ən rahat olduqları hamam otağını istifadə etmək hüquqlarına hömət göstərməyi rədd etmək klassik bir cisseksizm nümunəsidir.

Cisseksizm kollektiv psixikamıza o qədər yerləşdirilmişdir ki, dilimizə nəzarət edir. Penis üçün yayğın bir evfemizm "kişilik"dir və şəxsin maskulinlik səviyyəsinin birbaşa onun penisinin ölçüsü ilə əlaqəli olduğuna dair daha dərin təsəvvürləri əks etdirir. Cəsarət ənənəvi olaraq (və yanlış bir şəkildə) maskulin olaraq kodlanmış bir xüsusiyyətdir və bir çox dildə bu, "xayalara sahib olmaq" kimi bənzəri metaforlarla ifadə olunur. Menstrual məhsullar sanki sadəcə feminin və özünü qadın olaraq identifikasiya edən şəxslər period olurmuş kimi "feminin gigiyena" məhsulları olaraq adlandırılır. "She/her" və ya "he/him" xaricində əvəzlikləri istifadə edən genderkvir və qeyri-binarlar, adətən, üçüncü şəxsin təki üçün "they" və ya digər əvəzliklərin qrammatik olaraq yanlış olduğunu düşünənlər tərəfindən misgender edilir (səhv gender əvəzliyi istifadəsi).

Cisseksizm, həmçinin, qadın və kişilərin müəyyən bir şəkildə görünməli olduğu ideyasına əsaslanan görünüş polisliyində ortaya çıxır. Görünüşləri qadınların və ya kişilərin "necə görünməli olduğu" ilə əlaqədar öncədən müəyyənləşdirilmiş qutuya sərrastca uyğunlaşmayanlar öz gender kimliklərini ciddi qəbul etməkdə çətinlik çəkir və görünüşü konvensional normalara uyğunlaşan kəslərə görə daha çox diskriminasiyaya məruz qalırlar. Bu, genderi təsdiqləmə əməliyyatlarının xərclərini qarşılaya bilməyən transları, eləcə də binar normalara uyğunlaşmağı rədd edən transları və görünüşləri şəxsi təcrübələrini əks etdirə bilən qeyri-binar və genderkvirləri böyük bir dezavantaja məruz qoyur.

Cisseksizmə aktivist icmalarda, xüsusilə müəyyən feminist çevrələrdə rast gəlinə bilir. Ekstrimal bir nümunə -  trans kimliklərinin etibarlılığını tamamilə rədd edən TERF-lər və ya trans-təcridedici radikal feministlərdir. Daha yaşlı feministlər qadınları anmaq üçün yayğın olaraq vaginal görüntüləri istifadə edirdilər, bu, tədricən yoxa çıxmaqda olan, tamamilə modası keçmiş bir trenddir. Bir çox feminist gender müxtəlifliyini nominal olaraq/sözdə qeyd edir, lakin reproduktiv hüquqlar və zorlama mədəniyyəti kimi mövzuları müzakirə edərkən trans baxış bucağını nəzərə almaqda müvəffəqiyyətsizdir. İnterseksional feministlər bu sahədə inkişaf etməyə, bütün genderlərdən olan insanların bir-birini dəstəkləməsi və bərabərlik üçün bir araya gəlməsi üçün təhlükəsiz bir mühit yaratmağa çalışır.

Cisgenderlər trans təcrübələrini əsla tam olaraq anlamayacaqlar, ancaq bu trans kimliklərinin inkarı və ya davam edən cəhalət üçün bəhanə ola bilməz. Bu planeti başqaları üçün təhlükəsiz və nəzakətli hala gətirmək hər kəsin məsuliyyətidir və mütəmadi təhsil və inkişaf tələb edir. Translarla söhbətlər daha çox anlayış qazanmaq və dostluqlar qurmağın möhtəşəm bir yoludur - lakin xatırlamaq önəmlidir ki, translar yeriyən gender araşdırmaları dərsliyi deyil və belə bir məcburiyyətləri yoxdur. Everyday Feminism (ölkədə Minority Azərbaycan) kimi veb-saytlar müxtəlif gender kimliklərinə sahib insanlardan gələn informasiyalar və personal narrativlərlə doludur. Təhsil və yoldaşlıq, gender və həyatı xarakterizə edən nüansdan qorxmaq əvəzinə, onu qeyd etməkdə bizə köməklik göstərəcəkdir.

Tərcümə: Raven

Mənbə: femmagazine.com

Powered by Froala Editor