Meksikada gənc gey kişi öldürülüb
Meksikada gənc gey kişi İİV daşıyıcısı olduğunu açıqladıqdan sonra işgəncəyə məruz qalıb və öldürülüb.
07/Jul/21
1693
Meksikada gənc gey kişi İİV daşıyıcısı olduğunu açıqladıqdan sonra işgəncəyə məruz qalıb və öldürülüb
Aktivistlər Meksikada bir partidə İİV ilə yaşadığını açıqladıqdan sonra gənc gey kişinin işgəncə gördüyünü, yandırıldığını və öldürüldüyünü söyləyib.
Adı açıqlanmayan zərərçəkmişin iyun ayının əvvəllərində Quintana Roo ştatının cənub-şərq sahilindəki Cancún şəhərində dəmirçi dükanında öldürüldüyü iddia edilib.
Resilientxs vəkillik qrupu yerli kuir xəbər portalı Presentes-ə verdiyi açıqlamada zərərçəkmişin parti iştirakçılarına İİV ilə yaşadığını söylədiyində zorakı ortama çevrilən bir əyləncə gecəsi baş verdiyini deyib.
Baş Prokurorluq hesabatda onun "küt, qısa bir əşya ilə başına vurulan zərbədən" öldüyünü söyləyib.
Resilientxs üzvü Edwin Reyes mediaya verdiyi açıqlamada "Bu məhkəmə işi bizdə böyük qəzəb yaradıb, çünki haqların tələb edildiyi icmamımızın qürurunun yad edildiyi aydayıq," deyib.
O vaxtdan bəri səlahiyyətlilər Cancún şəhərindən 900 kilometr uzaqlıqda Tabasco ərazisində zərərçəkmişin qonşusu və kirayəçisi olduğuna inanılan və qatil olduğu iddia edilən şəxsi izləyib və həbs edib.
Powered by Froala Editor