Talibanın idarəsi altında olan Əfqanıstanın hakimi "geyləri 10 futluq (3 metr) divarlarla əzib-öldərəcəyik" deyə xəbərdarlıq edib

Taliban hakimi ABŞ və NATO ordularının ölkədən çıxarılmasından sonra Şəriət qanunlarının Əfqanıstana geri dönməsi ilə geylərin məruz qalacağı qorxulu ölümlərdən bəhs edib. 

Fundamentalist İslamçı milislər 2001-ci ildə ABŞ liderliyindəki güclər ölkəni işğal etdikdə iqtidardan kənarlaşdırılıb, lakin indi xarici birlikləe geri çağırılarkən bir çox bölgəni ələ keçirdikləri bildirilib. 

Taliban ölkənin 80 faizini onsuz da ələ keçirdiyini iddia edir; bu şişirtmə olsa da, BBC Əfqan xidməti Əfqanıstanın təxminən üçdə birinin, həqiqətən də, Taliban kontrolu altında olduğunu və bu bölgələrdə qatı şəriət qanunları cəzalarının yenidən tətbiq edildiyini təxmin edir. 

Almaniyanın Bild qazetinə ədalət vizyonu haqqında açıq şəkildə danışan Taliban hakimi Gul Rahim "Hədəfimiz bu idi və hər zaman da bu olacaq," deyib. 

Taliban torpaqlarında geylərə verilən şok edici dərəcədə amansız cəzaları detallı şəkildə izah edərkən sifəti ruhsuz olub. O, "Geylər üçün sadəcə iki cəza var: ya daş-qalaq etmək, ya da onların üstünə düşəcək divarın arxasında durmaq. Divar 2.5 ilə 3 metr olmalıdır," deyib. 

Homoseksuallar üçün edam cəzası İslamın müqəddəs kitabı olan Quranın, Məhəmməd peyğəmbərin təlimləri olan hədislərin şərhlərindən qaynaqlanıb. 

Təlimlər edam metodlarına görə fərqlənsə də, bəziləri şərtlərdən asılı olaraq homoseksual aktlar üçün daha az cəza təklif edir. 



Powered by Froala Editor