Qorxulu homofobik təhdidlər Gürcüstanın yeganə LGBTİ+ inklüziv kilsəsinin bağlanmasına səbəb olub 

Gürcüstanın Tbilisi şəhərində LGBTİ+ inklüziv kilsə homofobik zorakılıq təhdidlərindən sonra qapılarını bağlamaq məcburiyyətində qalıb.

ABŞ Yepiskopluq Kilsəsinin Müqəddəs Nino Missiyası ölkədə eynicinsli cütlüklərə xeyir-dua verən və LGBTİ+ləri xoş qarşılayan iki kilsədən biridir. 

5 iyulda Tbilisidə planlaşdırılan Qürur Yürüşünə etiraz etmək üçün ifrat sağçı kütlə zorakı bir şəkildə qiyam qaldırıb və hadisə zamanı hadisəni işıqlandıran 50-dən çox jurnalisti zədələnib, nəticədə bir kamera operatoru həyatını itirib. 

Kilsə camaatının üzvü və Tbilisi Pirde təşkilatının həmtəsisçilərindən olan Nino Bajelidze Church Times-a bunları söyləyib: "5 iyulda Gürcüstan Ortodoks Kilsəsi tərəfindən idarə olunan nifrət qruplarının anti-gey etiraz aksiyası zamanı onlar 53 jurnalisti və kameramanı döyüb; bundan əlavə, həmin gün aktiv camaat üzvümüz çəhrayı şalvar geyindiyi üçün döyülüb."

Camaat üzvü Ortodoks rahib tərəfindən idarə olunan qrup tərəfindən döyülüb. O, hücumdan xilas olub və hazırda evdə sağalır. 

Tbilisi Qürur Yürüşünə açıq dəstək verən və Facebook sosial şəbəkəsində "seksual oriyentasiyasından asılı olmayaraq, hər kəs bərabərdir" deyə qeyd edən yepiskopluq kilsəsi indi daha çox zorakılıq təhdidi səbəbiylə qapılarını bağlamaq məcburiyyətində qalıb.

Bajelidze: "Keçən bazar günü nifrət qruplarından qorxduğumuz üçün kilsədə ayin keçirmədik. Qarşıdan gələn bazar günü kilsədə toplaşmağı planlamırıq. Ümidlə gözləyirik, dualarınız əsirgəməyin," - deyə davam edib. 


Powered by Froala Editor