Gürcüstan polisi kameramanın ölümü ilə əlaqəli narkotik həbslərindən sonra hadisəni ört-basdır etməkdə ittiham edilib 

Gürcüstanda səlahiyyətlilər Tbilisi Qürur Yürüşü zamanı ifrat sağçı kütlənin hücumuna məruz qaldıqdan sonra həyatını itirən kameraman Alseksandr Laşkaravaya heroin satması iddiası ilə bir nəfəri həbs etdikdən sonra hadisəni ört-basdır etməkdə ittiham ediliblər. 

18 iyul ölkənin Daxili İşlər Nazirliyi "kompleks əməliyyat-istintaq tədbirlərindən" sonra bir nəfəri qanunsuz olaraq narkotik alışı, saxlanması və xüsusilə də, külli miqdarda narkotik satışı səbəbilə həbs etdiklərini elan edib. 

Hökumət iddia edib ki, jurnalist və yoldaşları narkotikləri onun ölümündən bir gün əvvəl, 10 iyulda alıblar və həmin fərdin Laşkaravaya heroin satdığına inanırlar. Səlahiyyətlilər həmin tarixdə onların şəhər daxilində hərəkətlərini göstərdiyini iddia edən CCTV kamera görüntülərini yayınlayıblar. 

"İstintaq şübhəlinin mütəmadi olaraq qanunsuz şəkildə narkotik satdığını və onun TV-Pirveli kanalının operatoru Aleksandr Laşkarava və yoldaşlarının 10 iyul 2021-ci il tarixində Poniçalada heroin aldığı satıcı olduğunu təyin edib," - deyə şərhdə iddia edilib.

Laşkaravanın ölümündən qısa müddət sonra hadisənin ört-basdır edilməsindən qorxan ailəsinin etirazlarına baxmayaraq polis onun evinə girib və dövlət tərəfindən təşkil olunacaq yarılma üçün cəsədini zorla ələ keçirib

Laşkavaranın dostları, həmkarları, müxalif siyasətçilər və insan haqları aktivistləri istintaqa güvənmədiklərini dilə gətiriblər və hökuməti ölümünün məsuliyyətini öz üzərinə götürməkdən qaçmaq üçün onu etibarsızlaşdırmağa cəhd etməkdə ittiham ediblər. 



Powered by Froala Editor