Argentina “X” gender işarəsini təqdim edib
Argentina prezidenti qeyri-binar insanlar üçün ‘hörmət’ tələb etdiyi üçün şəxsiyyət vəsiqələrinə “X” gender işarəsini təqdim edib
23/Jul/21
2412
Argentina prezidenti qeyri-binar insanlar üçün ‘hörmət’ tələb etdiyi üçün şəxsiyyət vəsiqələrinə “X” gender işarəsini təqdim edib
Argentina Cənubi Amerikada pasportlara və milli vəsiqələrə “X” gender işarəsini əlavə edən ilk ölkə olub.
Qitədə bərabərlik üçün böyük addım atan prezident Alberto Fernández bütün argentinalıların pasportlarında və Milli Şəxsiyyət Vəsiqələrində (DNİ) ‘kişi’, ‘qadın’ və ya ‘X’ seçmələrinə icazə verən sərəncam imzalayıb.
Buenos-Ayresdə bir mərasimdə çıxış edən Fernandez: “kişi və qadın kimliklərindən başqa kimliklər də var və onlara da hörmət olunmalıdır," - deyib.
Argentinanın rəsmi qazetində - Boletín Oficial de la República Argentina-da yayınlanan sərəncama görə, qeyri-binar insanlar da daxil olmaqla, “kişi/qadın ikilisində özünü başadüşülməyən hiss edən” hər hansı bir argentinalı üçün “X” işarəsi gətirilib.
Fernandez “ideal, hamımızın kim olduğumuz və heç kimin insanların genderini vecinə almadığı zaman gələcək” deyib və “sevginin, sevilməyin və xoşbəxt olmağın minlərlə yolu” olduğunu da əlavə edib.
Argentina Kanada, Yeni Zenlandiya, Hindistan və tezliklə ABŞ da daxil olmaqla daha inklüziv milli şəxsiyyət vəsiqəsi sistemlərini uyğunlaşdıran ölkələr siyahısına qatılıb.
Powered by Froala Editor