Axmaqlar Grindr profillərini paylaşaraq olimpiyaçıları riskə atıb

TikTok və Twitter istifadəçiləri Grindr profillərini onlayn paylaşaraq Tokio Olimpiya Kəndində olan LGBTİ+ idmançıları ifşa etməyə çalışıb.

2020 Yay Olimpiya Oyunları ən azı 168 LGBTİ+ idmançının qatıldığı tarixin ən kuir oyunları olsa da, oyunlara qatılan bəzi ölkələr hələ də kuir vətəndaşlarını ağır bir şəkildə kriminallaşdırır. 

Açıq olmayan kuir idmançıları öz ölkələrində böyük riskə ata biləcək axmaq bir trenddə sosial media istifadəçiləri Tokio Olimpiya Kəndinə getmək üçün Grindr-ın "kəşf et" funksiyasından istifadə edib. 

Insider-in verdiyi məlumata görə, ən azı dörd TikTok paylaşmışdı və 10 tvit Olimpiya idmançılarının tanışlıq tətbiqi profillərini zahirə çıxarıb və bəzilərinin üzünü və adlarını göstərmək üçün ekran qeydləri paylaşılıb. 

"Özümə olimpiyaçı boyfrend tapmaq üçün Grindr-ın keşf xüsusiyyətindən istifadə etdim" deyilən bir TikTok videosu tətbiqin "sizin üçün" səhifəsində görünüb və 140 mindən çox izlənmə ilə viral olub. 

Paylaşım TikTok istifadəçisinin Grindr-da aşağı-yuxarı sürüşdürərək çoxlu sayda göstərib və anti-LGBTİ+ bir ölkədən ən az bir nəfəri ifşa edib. 

Olimpiya Oyunlarına qatılan anti-LGBTİ+ ölkələr arasında İran, Səudiyyə Ərəbistanı və Yəmən gey olmağın ölüm hökmü ilə cəzalandırıldığı ölkələr siyasında yer alıb. 

Axmaq trend Tokioya səyahət edən açıq olmayan kuir idmançıları riskə atmaqla yanaşı, Olimpiya Kəndi yaxınlığında yaşayan LGBTİ+ləri də təhlükəyə atıb. 

Yaponiya bu yaxınlarda eynicinsli evlilik qadağasının qeyri-konstitusional olduğuna qərar verib, lakin bərabərhüquqlu evlilik qanuniləşdirilməyib. Kuir olmaq hələ də tabudur və anti-LGBTİ+ qərəzi hələ də geniş yayılıb. 




Powered by Froala Editor