Model və eşitmə məhdudiyyətli icma üçün aktivistlik edən nyle DiMarco öz izləyiciləri üçün xüsusi surpriz hazırlayıb. Belə ki o, Ariana Grande’nin “7 Rings” mahnısına işarə dilində klip çəkib. Klipin rejissorluğunu Jake Wilson və  Nyle özü edib. 

Nyle Vevo musiqi platformasına öz Tüitter hesabından bunları yazmışdı “Xahiş edirəm kliplərə alt yazısı qoyun, çünki 466 milyon insan eşitməkdən məhrumdur və biz də klipləri izləməyi sevirik.”