Homofobik və transfobik Olimpiada təsviri
Rusiyanın Olimpiada təsviri iyrənc homofobiya və transfobiyaya çevrilib
04/Aug/21
2583
Rusiyanın Olimpiada təsviri iyrənc homofobiya və transfobiyaya çevrilib
Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın dövlət televiziya kanallarını Tokio Olimpiya Oyunlarını iyrənc homofobiya və transfobiya ilə yayınladıqları üçün tənqid edib.
Tokioda yarışan kuir Olimpiadaçıların rekord sayı qlobal LGBTİ+ qürurunun nümayişi ilə cahil rəylərin artması ilə mübarizə aparan Rusiya yayımçılarının göründən qaçmayıb.
BBC məlumat verib ki, ölkənin dövlətə aid bir çox kanalı iyrənclik və sapqınlıq kimi ifadələr işlədərək LGBTİ+ idmançıları təhqir etməyə istiqamətlənmiş bir neçə tok-şou həsr edib.
Putin və müttəfiqləri tərəfindən bəyənilən dövlətə aid kanal Rossiya 1-in xüsusilə gey dalğıc Tom Daley və trans ağır atlet Laurel Hubbardı hədəf aldığı deyilib.
İyulun 26-də 60 Dəqiqə proqramı xüsusilə bir panelçinin - Rusiya parlamenti üzvünün gey və translardan iyrəndiyini deyən təhqirlərlə dolu olub.
O: "Biz bu pislik və sapqınlığa qarşıyıq, şiddətlə qarşı çıxırıq. Biz bu iyrəncliyə qarşıyıq," - deyə qışqırıb.
Rusiyanın ikinci ən çox izlənən yayımçısı Birinci Kanal (Первый канал) daha çox anti-LGBTİ+ rəylərə yer verib və Zaman Göstərəcək (Время покажет) proqramının aparıcısı Anatoliy Kuziçev transları "psixopat" adlandırıb.
O, bunun Qərbin "bərabər hüquqlar gündəmlərini, LGBTİ, transgender insanlar və digər sapqınlar üçün əlavə hüquqlar gündəmini Olimpiada hərəkatına yerləşdirmə" cəhdlərinin bir hissəsi olduğunu müdafiə edib.
Powered by Froala Editor