Türkiyə polisi tərəfindən “illeqal” deportasiya edilməklə təhdid olunan trans qaçqın ictimai etirazdan sonra sərbəst buraxılıb 

İstanbulda illeqal olaraq saxlanılan və Suriyaya qanunsuz şəkildə deportasiya edilməklə təhdid olunan trans qaçqın Türkiyə polisi tərəfindən sərbəst buraxıldıqdan sonra ona dəstək olanlara təşəkkür edib. 

Ailəsi ilə birlikdə 17 yaşında qaçqın kimi Türkiyəyə gələn Sofia (real adı deyil) hekayəsinin yayınlanmasından sonra artan ictimai təzyiqlər sayəsində 6 avqustda Türkiyə vaxtı ilə gecə yarısında sərbəst buraxılıb. 

O, iki həftə əvvəl 23 iyul - bayram həftə sonunda İstanbulda qaçqınlara "illeqal basqı" həyata keçirən polis tərəfindən tutulub. 

İstanbulda yerləşən və Sofianı dəstəkləyən LGBTİ+ qrupu Aman Layihəsinin məlumatına görə, o, illeqal şəkildə saxlanılıb, Türkiyə deportasiya mərkəzində həbs edilib və vəkilə çıxışı əngəllənib. 

İndi 23 yaşı olan Sofia sərbəst buraxıldıqdan sonra onu dəstəkləyən qrup tərəfindən ərəbcəyə tərcümə olunmuş açıqlama edib: "Həyatımda olduğunuz üçün, ən çətin vaxtlarımda yanımda olduğunuz üçün səmimi-qəlbdən təşəkkür edirəm, var olduğunuz üçün təşəkkür edirəm, sizin sayənizdə yaxşıyam."

"Hər şəraitdə və hər zaman bütün hörməti və təqdiri haqq edirsiz, çünki siz buna çox layiqsiniz və hamınızın mənim üçün bağ, kömək, güc və daha artıq olduğunuza şəhadət verirəm," - deyə əlavə edib. 




Powered by Froala Editor